Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:39

<font color="darkorange">Avropa Birliyi Rusiya ilə danışıqları bərpa edir</font>


Avropa Birliyi (AB) Rusiya ilə yeni əməkdaşlıq sazişi barədə danışıqları bərpa etməyə hazırdır. Danışıqlar Rusiya-Gürcüstan münaqişəsindən sonra dondurulmuşdu.

Qərar AB ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında qəbul olunub. Danışıqların yeni raundunun vaxtı hələlik müəyyənləşməyib.

Danışıqların bərpasının əleyhinə yalnız bir ölkə - Litva səs verib.

AB-nin nümayəndəsi Benita Ferrero-Valdner bildirib ki, bu addım nə Rusiya üçün bir hədiyyədir, nə də Gürcüstana hərbi müdaxilənin yolverilməzliyi barədə Birliyin əvvəlki mövqeyinin dəyişməsi:

«Biz bilirik ki, münasibətlər çox mürəkkəbdir. Bizim qarşılıqlı asılılıqlarımız var. Eyni zamanda, bu razılaşmanın yenilənməsi vacibdir. Enerji, iqlim dəyişikliyi və ticarət sahəsində bir çox praqmatik məsələlər bizim Rusiya ilə birlikdə işləməyimizi tələb edir».
XS
SM
MD
LG