Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:04

29 universitetin tələbəsi fəalların müdafiəsinə qalxıb


Təbriz universiteti tələbələrinin etiraz yürüşü, 28 aprel 2008
Təbriz universiteti tələbələrinin etiraz yürüşü, 28 aprel 2008
İranın 29 universitetinin islami tələbə qurumları birgə bəyanat yayaraq milli kimlik uğrunda dinc mübarizə aparan azərbaycanlı fəallara qarşı təzyiqlərin aradan qaldırılmasını tələb ediblər. Bəyanatda həbsdə saxlanan azərbaycanlı fəallara qarşı psixi və fiziki təzyiqlər pislənir, milli azlıqların, o cümlədən azərbaycanlıların milli hüquqlarının tanınması tələb olunur.

Bəyanatda deyilir: «Bu ölkənin rəhbərləri hər yerə car çəkərək ədalət və azadlıqdan dəm vururlar. Ancaq milli kimlik uğrunda dinc fəaliyyət aparan azərbaycanlı fəallar hər gün müxtəlif təqib və təzyiqlərə məruz qalır, tapdanırlar. Bu fəallar yalnız ana dillərini və milli mədəniyyətlərini tələb etdikləri üçün dəstə-dəstə tutulub həbsə salınır. Biz qanunsuz həbsdə saxlandığı üçün 10 gündən çoxdur aclıq aksiyasına başlamış 4 azərbaycanlı fəala qarşı tətbiq edilən işgəncələrə son qoyulmasını və onların dərhal azadlığa buraxılmasını tələb edirik».

Sentyabrın 10-da Tehranda fəal Səyyad Məhəmmədiyanın verdiyi iftar qonaqlığında 20-yə yaxın azərbaycanlı fəalla birlikdə tutularaq ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılan «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, şair Mehdi Nəimi, «Varlıq» jurnalının yazarı Həsən Raşedi və jurnalist Səid Məhəmmədi (Muğanlı) həbsxanada məruz qaldıqları psixi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər. / Media forum /
XS
SM
MD
LG