Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:08

«Prezidentlik müddətinə məhdudiyyət – demokratiya naminə edilir»


«İşdən sonra» proqramının qonağı dövlət hüququ üzrə doktor Fərhad Mehdiyevdir
«İşdən sonra» proqramının qonağı dövlət hüququ üzrə doktor Fərhad Mehdiyevdir
«İddia etmək ki, bir millət başqa bir lider çıxara bilməz – bu o millətə qarşı haqsızlıq və hörmətsizlikdir».

«Azadlıq» radiosunun «İşdən sonra» proqramının qonağı dövlət hüququ üzrə doktor Fərhad Mehdiyev belə deyir. Onun fikrincə, prezidentlik müddətinə məhdudiyyət – demokratiya naminə olan addımdır:

«Azərbaycan millətinin liderləri olub və olacaqdır. Bu millət yeni liderlər yaradıb ortaya qoymağa qadirdir. Əgər biz bunun əksini iddia ediriksə, deməli Azərbaycan xalqı millət kimi formalaşmayıb. Millət o varlıqdır ki, onlar milli dövləti qurub ayaqda saxlaya bilsin».

Prezidentə seçilmək üçün daha bir imkan yaradılması ideyasını isə, söhbət zamanı efirə qoşulan deputat Fuad Muradov dəstəklədi:

«Bu ideya əslində son seçkidən sonra gələn məntiqi xətdir. İnsanlar prezident idarə üsulunu dəstəkləyir. İndiki vəziyyətdə uzunmüddətli planlar hazırlamaq çox vacibdir. Biz bu planlar üzərində işləyirik. Amma son sözü insanlar referendumda deyəcək. Cəmiyyətin bütün spektri bu məsələyə münasibətini bildirməlidir».

Parlament haqda danışarkən Fərhad Mehdiyev bildirdi ki, bu qurum siyasi orqan deyil: «Azərbaycanda parlament seçkiləri siyasi partiyalar əsasında aparılmır. Siyasi partiya yoxdursa, demokratiya da yoxdur. Bizim ölkədə isə şəxsi partiyalardı. Bunlara siyasi partiya demək olmaz».

Ekspertin fikrincə, Azərbaycanda proporsional seçkilər olsa, parlament-prezident münasibətləri gərginləşə bilər. Ona görə də, bu sistemi tətbiq etmirlər.

Buna da bax:

XS
SM
MD
LG