Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:13

Ruzvelt-Reyqan-Obama


Qəzetlər yazır ki, demokratlar iqtisadi böhranın öhdəsindən gəlməsələr, eyforiya çox çəkməyəcək

Qəzetlər yazır ki, demokratlar iqtisadi böhranın öhdəsindən gəlməsələr, eyforiya çox çəkməyəcək

«Reyqanizm» ölməyib»-, Obama barədə «The Wall Street Journal»da yazı belə başlayır. Rosmussen sorğu təşkilatının araşdırması göstərib ki, Obamanın qalib gəlməsinin səbəblərindən biri də «reyqanizm»in yaşamasıdır.

Amerikanın keçmiş prezidenti Reyqan kimi Obama da iqtidarın nüfuzdan düşdüyü bir vaxtda qalib gəldi. Reyqanın vaxtında amerikalılar işsizlikdən, inflyasiyadan əziyyət çəkirdi. İndi də iqtisadi böhran, üstəlik xarici siyasətin dəyişməməsi xalqı bezdirib və bu yerdə Obama xalqı tərifləyir, Amerikanın fürsətlər ölkəsi olduğunu deyir, vergiləri azaldacağını, borcların öhdəsindən gələcəyini bildirir və Ağ evə sahib çıxır.

Rasmussen sorğu təşkilatının araşdırmaları göstərir ki, Barak Obama xüsusilə «Lehman Brothers»in müflisləşməsindən sonra populyar olmağa başlayıb. «Lehman Brothers» Amerikanın ən iri banklarından biri idi. Şirkət müflisləşənə qədər respublikaçıların namizədi Con MkKeyn 3% irəlidə imiş. Amma sonrakı 10 gün ərzində, səhmlər ucuzlaşdıqca Obama irəli çıxıb, 10 gündən sonra MkKeyndən 5% qabaqda olub.

Rasmussen şirkətinin prezidenti Skot Rasmussen yazır ki, iqtisadi böhran dövründə seçicilərə ən çox təsir edən Obamanın vergilər barədə vədləri oldu. Sorğular göstərir ki, seçicilərin 55%-i vergilərin azaldılmasının tərəfdarıdır. Cəmi 19%-i deyir ki, verginin azaldılması səhv siyasətdir. Amma tarix göstərir ki, Amerikada vergini azaldacağını deyən namizədlər qalib gəlirlər. Son 40 ildə Birləşmiş Ştatlarda vergini azaldacağını deyən bütün namizədlər üçün president olub.

Ancaq Obama nəzərə almalıdır ki, fəal idarəçilik arzusuyla alışıb-yanan konqreslə işləyəcək. Digər tərəfdən vergi barədə vəd verib, vədinə əməl etməyənin taleyini xatırlamalıdır. Böyük Buş seçiləndə, «dediklərimə diqqət edin, vergilər artırılmayacaq!» deyirdi. Amma əksi oldu və ikinci dəfə böyük Buşu seçmədilər. İndi sual olunur, Obama da Reyqan kimi vəd verir, bəs ölkəni Reyqan kimi idarə edə biləcəkmi?

«Nyu York Times» isə Barak Obamanı Ruzveltlə müqayisə edir. Ruzvelt kimi Obama da ölkəni böhrandan qurtarmağa çalışmalıdır. Eyni zamanda Obamanın administrasiyası Ruzveltin uğursuzluqlarından dərs almalıdır. Müəllif Pol Kruqman belə yazır. Onun fikrincə, Ruzveltin siyasəti ilkin dövrdə özünü doğrultmasa da, uzun müddət üçün nəzərdə tutulmuşdu və uzun müddət sonra özünü doğrultdu. Obama çalışmalıdır ki, iqtisadi böhran dərinləşməsin. İnkişaf tərəfdarları Obama administrasiyasının böhranın öhdəsindən gələcəyinə inanırlar, yeni institutların, universal səhiyyə sisteminin köməyiylə problemin həll olunacağına ümid edirlər.

Amma tarix göstərir ki, səhv iqtisadi addım hər şeyi kölgədə qoya bilər. Demokratlar keçən həftə çox səs topladılar. Ruzvelt 36-cı ildə Obamadan da çox səs yığmışdı. 37-38-ci ilin «böyük depressiya»sı hər şeyi alt-üst etdi. Amerikalılar nəticəni görməyə tələsmirlər, amma görmək istəyirlər. Odur ki, demokratlar iqtisadi böhranın öhdəsindən gəlməsələr, eyforiya çox çəkməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG