Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:11

Bütün işsizlər yarmarkaya…


Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov
Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov
Noyabrın 20-21-də Əl Oyunları Sarayında Əmək yarmarkası keçiriləcək. Bu barədə «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov məlumat verib. O, paytaxtda fəaliyyət göstərən bütün müəssisə və işsiz şəxsləri bu yarmarkaya dəvət edir.

Müsahibimizin sözlərinə görə, dövlətin Baş Məşğulluq İdarəsinin mərkəzləri təkcə Bakıda deyil, Azərbaycanın bütün rayonlarında, hətta qaçqın və köçkünlərin müvəqqəti məskunlaşdığı regionlarda da fəaliyyət göstərir: «İşə düzəltmənin müxtəlif yolları var. İlk olaraq biz vətəndaşları ixtisasına, bacarığına münasib işlə təmin edirik. İkinci halda müvəqqəti peşələrə cəlb edirik. Yəni, hansısa peşə ilə bağlı vətəndaşa kurs keçilir, sonra onu 2-3 aylıq işlərə düzəldirik. Bu halda, yol xərcini özümüz ödəyirik. Üçüncüsü, vətəndaşa işsizlik statusu təklif edirik».
Şahbaz Xələfov deyir ki, 11 gün ərzində əmək yarmarkasında ixtisasına münasib iş tapılmayan insana müavinət verilir. Müavinətin maksimum məbləği respublika üzrə orta əmək haqqından çox olmamalıdır: «Sentyabrda orta əmək haqqı 262 manat idi. Deməli, bu məbləğdən artıq müavinət verə bilmərik. Minimum müavinət isə 24 manat idi, biz bununla bağlı Nazirlər Kabinetinə müraciət etdik. Bundan sonra minimum müavinət 55 manata yüksəldildi.

Müsahibimiz vətəndaşların işlə təmin oluna bilməmələrinin əsas günahını özəl müəssisələrdə görür: «Qanuna görə, özəl müəssisələr vakant olan iş yerləri haqda 5 gün ərzində bizim idarəyə məlumat verməlidirlər. Amma biz müəssisələrlə qanunvericiliyin sərt üzü ilə davranmırıq. Bəziləri də bundan sui-istifadə edərək, vakansiyaları bizə təqdim etmirlər. Əgər həm işsiz vətəndaşlar, həm də işçi axtaran müəssisələr bizə müraciət etsələr, vasitəçi kimi onları calaşdırarıq».

Buna da bax:

XS
SM
MD
LG