Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:09

Azərbaycan sülhməramlıları İraqdan geri çağırılır


Azərbaycan Silahlı Qüvvələrinin 151 nəfərlik sülhməramlısı 2003-cü ildən İraqda xidmət edir

Azərbaycan Silahlı Qüvvələrinin 151 nəfərlik sülhməramlısı 2003-cü ildən İraqda xidmət edir

Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının noyabrın 10-da keçirilən iclasında Azərbaycanın İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərən hərbçilərinin geri çağırılması məsələsinə baxılıb.
Bu barədə APA-ya komissiyanın üzvü, millət vəkili Zahid Oruc məlumat verib. Z. Orucun sözlərinə görə, bununla bağlı parlamentə Azərbaycan prezidentinin müraciəti noyabrın 7-də daxil olub. Komissiya müraciəti qəbul edərək, parlamentin plenar sessiyasında müzakirəyə çıxarılmasına razılıq verib.
Millət vəkili sülhməramlıların geri çağırılmasını onların İraqda xidmət ilə bağlı müqavilənin müddətinin bitməsi ilə əlaqələndirib: «Azərbaycan sülhməramlıları İraqda 5 ildir xidmət edir və artıq bu il müqavilə başa çatır. Bizə qədər Qazaxıstan, Polşa, Koreya və digər ölkələr də İraqdan hərbi kontingentlərini geri çəkiblər».

Azərbaycan Silahlı Qüvvələrinin 151 nəfərlik kontingenti 15 avqust 2003-cü il tarixdən İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərir. Azərbaycan sülhməramlıları ABŞ komandanlığı altında Əl-Haditə şəhəri yaxınlığındakı su anbarını və İraqın 30 faizini elektrik enerjisi ilə təmin edən su elektrik stansiyasını qoruyur.

İraqda xidmət etdiyi 5 il ərzində 1 Azərbaycan sülhməramlısı həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG