Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:06

Rusiyanın sualtı qayığında qəza baş verib


Qəza nəticəsində 20-dən çox adam həlak olub, 22 nəfər isə xəsarət alıb
Qəza nəticəsində 20-dən çox adam həlak olub, 22 nəfər isə xəsarət alıb
Rusiya prokurorluğu bu ölkənin Sakit okean hərbi dəniz donanmasına məxsus «Nerpa» sualtı qayığında baş vermiş qəzayla bağlı cinayət işi açıb. Qəza nəticəsində 20-dən çox adam həlak olub, 22 nəfər isə xəsarət alıb.

Qəza Yapon dənizində baş verib, səbəb sınaq zamanı yanğınsöndürmə sisteminin qəflətən işə düşməsi olub.

Qəza vaxtı qayıqda 208 adam olub. Qayığa isə heç nə olmayıb, şüalanmanın səviyyəsi isə normal həddədir.

Prezident Dmitri Medvedev ciddi araşdırma aparılmasına və zərərçəkmişlərin ailələrinə dəstək göstərilməsini tapşırıb.

Hərbi sualtı qayıq qəzalarının tarixi
May-İyun 1968-ci il. ABŞ hərbi dəniz donanmasına məxsus “Scorpion” sualtı qayığı 99 nəfər şəxsi heyətlə birlikdə Atlantik okeanında batır.

4 mart 1970-ci il. “Eurydice” Fransa sualtı qayığı Aralıq dənizinin Sant Tropez yaxınlığında batır. Qəza zamanı gəmidə 57 nəfər şəxsi heyət üzvü olub.

12 aprel, 1970-ci il – Atlantik okeanının İspaniya sahillərində Sovetlərə məxsus Noyabr tipli atom sualtı qayığı 88 nəfər şəxsi heyətlə birlikdə batır.

10 avqust, 1985-ci il. Sovet atom sualtı qayığında baş verən güclü partlayış atom reaktorunun qapağını 100 metr kənara atır. Reaktora xidmət edən 10 nəfər itkin düşür. Hadisə Sakit okeanın Valdisvostok sahillərində baş verir.

7 aprel, 1989-cu il. Norveçin şimal sahillərində Mike tipli Sovet sualtı qayığı gəmidə baş verən yanğın nəticəsində dənizin dibinə batır. 42 nəfər həlak olur.

12 avqust 2000-ci il. Rusiyanın Oskar tiplı “Kursk” sualtı qayığının Barents dənizdə qəzaya uğraması nəticəsində 118 nəfər şəxsi heyət üzvü həlak olur. Qəzaya səbəb toqquşma nəticəsində baş verən 2 güclü partlayışın olduğu təxmin edilir.

9 fevral, 2001-ci il – ABŞ hərbi dəniz donanmasına məxsus 120 metrlik uzunluğunda “The Greenville” sualtı qayığı Yapon balıqçı gəmisi ilə toqquşur. Nəticədə 9 balıqçı həlak olur.

Yanvar 2005-ci il – ABŞ-ın “San Francisco” atom sualtı qayığının saya oturması nəticəsində bir nəfər heyət üzvü həlak olur, 23 nəfər yaralanır.

6 sentyabr 2006-cı il – Baltik dənizinin Finlandiya sahillərində lövbər salan Rusiyanın Müqəddəs Danil sualtı qayığında baş verən yanğın 2 nəfər heyət üzvünün ölümü ilə nəticələnir.

21 mart 2007-ci il – Şimal Buzlu okeanında keçirilən təlimlərdə iştirak edən “Tireless” atom sualtı qayığında baş verən bədbəxt hadisə nəticəsində iki Britaniyaya hərbçisi həlak olur.
Mənbələr: Reuters; Greenpeace (www.greenpeace.org).

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG