Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:59

Obamanın köməkçisi Kaçinskinin səhvini düzəltdi


ABŞ-ın yeni prezidenti Barak Obama
ABŞ-ın yeni prezidenti Barak Obama
Barak Obama Polşada raket əleyhinə müdafiə (RƏM) sisteminin yerləşdiriləcəyinə zəmanət verməyib. Obamanın köməkçisi Denis Makdonou belə deyib. Beləliklə, o, Polşa prezidenti Lex Kaçinskinin mətbuat xidmətinin məlumatını təkzib edib.

Makdonou deyir ki, «telefon söhbəti həqiqətən də olub və Kaçinski raketdən müdafiə məsələsini qaldırıb. Amma Obama çoxmilyardlı proqramın davam etdiriləcəyinə zəmanət verməyib».

Makdonou bildirib ki, «Obamanın mövqeyi seçki kampaniyası zamanı olduğu kimi qalır: o, raketdən müdafiə sisteminin yerləşdirilməsini dəstəkləyir, amma hesab edir ki, sistemin işləkliyi texnoloji baxımdan sübut olunmalıdır».

Varşava, Praqa və Vaşinqton ABŞ-ın raketdən müdafiə sisteminin bir hissəsinin Polşa və Çexiyada yerləşdirilməsi barədə saziş imzalayıblar.

Moskva isə əvvəlki kimi ABŞ-ın bu planlarını öz milli təhlükəsizliyinə təhdid hesab edir.

Buna qədər...
ABŞ-ın yeni prezidenti Barak Obama Avropada raket əleyhinə müdafiə (RƏM) sistemi quraşdırmaq planlarından imtina etməyəcək.

Obama bunu noyabrın 8-də Polşa prezidenti Lex Kaçinski ilə telefon söhbətində bildirib.

Obama həmçinin, 2009-cu ildə Polşaya səfər etmək niyyətindədir.

Bu barədə «ITAR-TASS»a Polşa Prezidenti Dəftərxanasının nümayəndəsi məlumat verib.

Corc Buş administrasiyası deyir ki, Şərqi Avropada RƏM sistemi xüsusilə İran tərəfdən mümkün nüvə hücumuna qarşı yönəlib. Moskva isə əvvəlki kimi ABŞ-ın planlarını öz milli təhlükəsizliyinə təhdid hesab edir. Rusiya prezidenti D. Medvedev Federal Məclisə müraciətində bildirib ki, əgər Obama RƏM planlarından əl çəkməsə, Rusiya Kalininqrad vilayətində - Polşa ilə sərhəddə yaxınmənzilli raketlər yerləşdirəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG