Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:04

Qalib Obamanın ilk mətbuat konfransı


“Biz zəmanəmizin ən dərin iqtisadi böhranı ilə üzləşmişik və gərək cəld tərpənək”, - deyə Barak Obama ona qələbə gətirən prezident seçkisindən sonra cümə günü keçirdiyi ilk mətbuat konfransında bəyan edib.

O bildirb ki, prezident vəzifəsinin icrasına başlayan kimi bu böhranın qarşısını almağa çalışacaq.

Barak Obama bir sıra vacib addımlardan ibarət fəaliyyət planı irəli sürərək bu tədbirlərin vacibliyini qeyd edib.

İrəli sürülən xilas planı ilk növbədə Amerika sənayesinin kiçik və orta ölçülü müəssisələrinin böhrandan çıxmasına, iş yerlərinin açılmasına və çəmiyyətin orta təbəqəsinə və işsizlərə iqtisadi və sosial yardımın genişləndirilməsinə yönələn tədbirlərdən ibarətdir.

“Mən vəziyyətin nə qədər ağır olduğunu real qiymətləndirirəm. Bizim dirəndiyimiz dalandan çıxmaq asan deyil və tezliklə baş verməyəcək” – deyə Obama xəbərdar edib.

Amerikanın 44-cü prezidenti Barak Obama prezident vəzifəsinin icrasına gələn il yanvarın 20-də başlayacaq.
XS
SM
MD
LG