Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:35

«Qurdlar qapını kəsib»


Frankfurt birjası, 13 oktyabr 2008
Frankfurt birjası, 13 oktyabr 2008
Beynəlxalq Valyuta Fondu deyir ki, dünyada iqtisadi eniş sürətlənir. Fond yarandığı 1945-ci ildən bəri Amerika, Yaponiya və Qərbi Avropa iqtisadiyyatlarına belə bədbin proqnoz verməyib. Bunu Qərb qəzetləri yazır. «Economist» jurnalı isə məqaləsinə belə başlıq qoyub: «Qurdlar qapını kəsib». «Qurdlar» deyəndə, iqtisadi böhran və onun fəsadları nəzərdə tutulur.

Fond nə deyib ki, belə vəlvələ yaranıb?

Düzdür, hələlik Zimbabvenin inflyasiya rekorduna - 213 milyon faizə hələ çox var, ancaq gələn il neftin qiyməti 40 faiz düşəcək. Amerika, Yaponiya və Qərbi Avropanın daxili məhsulu 0,3 faiz azalacaq.

Öz milli pullarına ziyan olsa da, iqtisadiyyatı həvəsləndirməkdən başqa çarəsi qalmayan İngiltərənin və Avropanın mərkəzi bankları noyabrın 6-da bank faizlərini kəskin aşağı saldılar. Düzdür, düşəndən sonra da bu bank faizləri Amerikadakından xeyli yuxarıdır və avronu və funt sterlinqi hələlik dollara nisbətən batmağa qoymur. Ancaq «Wall Street Journal» yazır ki, iki qitə arasında faiz fərqi azalsa, avro və funt düşəcək.

Beynəlxalq Valyuta Fondunun yeni proqnozuna görə, Rusiyada artımın sürəti gələn il 3 faiz azalacaq, Rusiyanı çıxmaqla qalan MDB ölkələrində azalma 5 faiz olacaq. Azərbaycanın da daxil olduğu bu sonuncu qrup ölkələrdə istehsal artımı cəmi 1,6 faiz proqnozlaşdırılır.

Ancaq iqtisadi vəziyyətə nikbin baxanlar da var. Amerikanın «Goldman Sachs» şirkətinin iqtisadçıları «Financial Times» qəzetinə deyirlər ki, ola bilər, dünya iqtisadiyyatı bir, ya iki rüb tənəzzül sərhəddində rəqs edib yuxarı getsin. ABŞ-ın Vaşinqton Universitetindən professor Leo Ribuffo deyir:

«Bu böhranın İkinci Dünya müharibəsindən sonra olan və bir il davam edən tənəzzüldən pis olacağı görsənir. Biz bilmirik, bu, nə qədər pis olacaq. İqtisadiyyat iki ilə dirçələ də bilər».

İtaliyanın «Unicreditbank»ının iqtisadçıları da hesab edirlər ki, aşağı avro, ucuz neft dirçəlişə ümid verir.

Azərbaycan üçün bütün bu proqnozlarda maraqlı olan odur ki, hamı ya böhranla neftin ucuzlaşacağını, ya da ucuz neftlə böhrandan çıxacağını deyir. Yəni neft deyəsən, heç bir halda qalxmayacaq. Eyni fikir avroya aiddir.

«Financial Times» isə yazır ki, hazırda ümidlərlə qorxular yarı- yarıyadır. Çünki belə qorxu da var ki, qlobal iqtisadi eniş kredit böhranının ikinci dalğasını yarada bilər. Və dünya ölkələri gərək yenə də külli miqdarda pul ayıralar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG