Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:34

Obama «Vest-Hem»in azarkeşidir


ABŞ-ın 44-cü prezidenti Barak Obama öz sələflərindən təkcə dərisinin rəngi ilə fəqrlənmir. O, həm də futbol azarkeşidir.
Söhbət Amerika futbolundan deyil, amerikalıların «soccer» adlandırdığı normal futboldan gedir.
Barak Obamanın sevimli klubu isə İngiltərənin «Vest-Hem» komandasıdır. Bu xəbəri yayan «Soccernet» internet portalı əlavə edir ki, 2003-cü ildə Londonda yaşayan qohumlarını ziyarət edən Obama «Vest-Hem Yunayted» komandasının azarkeşlər klubuna üzv yazılıb.
Barak Obamanın 10 yaşlı qızı Malia da Çikaqonun qızlardan ibarət futbol komandasında oynayır.
«Vest-Hem» klubu Barak Obamanın adına göndərdiyi təbrik teleqramı ilə bərabər onu rəsmi olaraq komandanın «Everton»la oyununa dəvət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG