Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:01

«Baku Steel» işini dayandırıb


Noyabrın əvvəlindən «Baku Steel» poladtökmə şirkəti istehsal işini dayandırıb. Bu dəfə tikinti armaturu istehsalçısının fəaliyyətinin dayandırılması əvvəlki rəhbərliyin (Paolo Pərviz və Annaqi Əskəri) dövründə olduğu kimi, metal qırıntılarının çatışmazlığı ilə bağlı deyil.
Müəssisədən bildiriblər ki, kifayət qədər xammal ehtiyatları var.
İstehsalın dayandırılmasına səbəb müəssisənin əsas tökmə sexində planlaşdırılan təmir-bərpa işlərinin bir ay qabağa çəkilməsidir. Bundan başqa, oktyabrda istehsal edilən məhsulun qiyməti orta hesabla 15-20% azalıb.
Bununla belə, «Baku Steel» («Bakelektroqaynağ» ASC) müəssisəsinin əsas səhmdarı «Baku Steel Company ltd.» (ona 98%-dən çox səhm məxsusdur) bu il sentyabrın 4-də elan edilən minoritarilərdən səhmlərin alış kampaniyasını dayandırıb.
/Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG