Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:15

Abdullah Gül İlham Əliyevlə Serj Sarkisyanı İstanbulda görüşdürəcək


Türkiyə prezidenti Abdullah Gül, İlham Əliyevlə Serj Sarkisyanı İstanbulda görüşdürəcək.
Türkiyənin «Zaman» qəzeti diplomatik mənbələrə istinadən belə yazıb. Qəzetin məlumatına görə, görüş barədə İlham Əliyevin Türkiyəyə səfəri zamanı razılıq əldə olunub. Görüşün İstanbulda keçiriləcəyi deyilir, amma dəqiq tarix bəlli deyil.
Ötən bazar Azərbaycan və Ermənistanın dövlət başçıları Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsüylə Moskvada görüşüb, münaqişənin həllinə dair birgə bəyannamə imzalayıblar.
XS
SM
MD
LG