Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:00

Tanınmışlar Rüstəm İbrahimbəyovun müdafiəsinə qalxdı


Tanınmış yazıçı, kinorejissor Rüstəm İbrahimbəyovun «Pravda» qəzetinə verdiyi müsahibədə Azərbaycan haqda söylədiyi bəzi fikirlər qalmaqal yaradıb

Tanınmış yazıçı, kinorejissor Rüstəm İbrahimbəyovun «Pravda» qəzetinə verdiyi müsahibədə Azərbaycan haqda söylədiyi bəzi fikirlər qalmaqal yaradıb

«Rüstəm İbrahimbəyovun müsahibəsi Azərbaycanda söz azadlığına dəlalət edir. Yazıçı, kiminsə xoşuna gəlib, gəlməməyindən asılı olmayaraq onu narahat edən problemlər haqqında fikrini bildirib».
Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, tarixçilərin və jurnalistlərin ictimaiyyətə müraciətində belə deyilir.
Müraciət müəllifləri bildirirlər ki, deputatların məşhur yazıçının tənqidinə həsr edilmiş iclası qanunvericilərin siyasi mədəniyyətinin aşağı səviyyədə olmasının göstəricisidir:
«Həmin deputatlar və onların iclasda söz verilməyən digər həmkarları Rüstəm İbrahimbəyovun fikirləri ilə bağlı istənilən çap orqanında və ya mətbuat klublarından birində, istənilən yerdə öz fikrini bildirə bilərdi. Amma ölkənin ali qanunverici orqanının tribunasından yox. Çünki bu halda deputatların fikirləri dövlət tənqidi xarakteri alır, Azərbaycanda insan haqlarının kobud şəkildə tapdanmasına dəlalət edir və ölkəmizin beynəlxalq nüfuzuna ciddi ziyan vurur».
Müraciətə 284 nəfər imza atıb. Onların arasında Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımovalar, Azər-Paşa Nemətov, Aleksandr Şarovski, Cəmil Quliyev, Ramiz Fətəliyev, Ayaz Salayev və digərləri var.
Tanınmış yazıçı, kinorejissor Rüstəm İbrahimbəyovun «Pravda» qəzetinə verdiyi müsahibədə Azərbaycan haqda söylədiyi bəzi fikirlər qalmaqal yaradıb. Məsələ parlamentin iclasında müzakirə edilib və İbrahimbəyovun ünvanına tənqidlər səsləndirilib.

/Turan/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG