Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:54

Əmanətlər bu dəfə də qaytarılmayacaq


Samir Şərifov deyir ki, MDB ölkələrində əmanətlərin qaytarılması praktikası özünü doğrulmadı
Samir Şərifov deyir ki, MDB ölkələrində əmanətlərin qaytarılması praktikası özünü doğrulmadı
«Sovet dövründə əhalinin banklarda qalan əmanətlərinin qaytarılması məsələsinə təmkinlə yanaşmalıyıq. Burada Azərbaycan dövlətinin maraqlarından çıxış etmək lazımdır»-, noyabrın 7-də Milli Məclis komissiyalarının iclasında Maliyyə naziri Samir Şərifov belə deyib.

Gələn ilin dövlət büdcəsi layihəsini müzakirə edən deputatlar əmanətlərin qaytarılması ilə bağlı nazirə sual veriblər.

Nazir bildirib ki, bu məsələ ilə bağlı parlamentin komissiyası fəaliyyət göstərir və bu vaxta kimi Maliyyə Nazirliyinə bununla bağlı hər hansı təklif daxil olmayıb.
S.Şərifov MDB-nin bəzi ölkələrindəki oxşar praktikasının özünü doğrulmadığını deyib: «Bəzi MDB ölkələri əmanətlərin qaytarılmasına başladı. Onlar fikirləşirdilər ki, bu addım banklara etimadı gücləndirəcək. Amma əksinə oldu, indi həmin ölkələr beynəlxalq maliyyə təşkilatlarından kredit almağa məcbur oldular».

SSRİ dağılarkən Azərbaycanda əhalinin banklarda qalmış əmanətləri həmin dövrün məzənnəsi ilə 4 milyard rubldan çox olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG