Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:17

«Büdcədə neftin qiymətinin 70 dollar götürülməsi risklidir»


Büdcənin formalaşmasında əsas neft sektorudur
Büdcənin formalaşmasında əsas neft sektorudur
Gə­lən ilin döv­lət büd­cə­sin­də nef­tin qiy­mə­ti­nin 1 ba­rel üçün 70, ya 80 dol­la­r nə­zər­də tu­tul­ma­sı gə­lə­cək­də heç bir prob­lem ya­rat­ma­ya­caq. 2009-cu il dövlət büdcəsinin layihəsi parlamentin komissiyalarında müzakirə olunarkən He­sab­la­ma Pa­la­ta­sı­nın səd­ri Hey­dər Əsə­dov belə deyib.

Onun söz­lə­ri­nə gö­rə, Pa­la­ta bu­nun­la bağ­lı bir sı­ra he­sab­la­ma­lar apa­rıb və mə­lum olub ki, gə­lən il nef­tin qiy­mə­ti 50 dol­la­ra qə­dər ucuz­laş­sa da, bu, büd­cə­nin ic­ra­sı­na prob­lem ya­rat­ma­ya­caq.

H.Ə­sə­dov fik­ri­nin konk­ret iza­hı­nı da ver­ir. Onun söz­lə­ri­nə gö­rə, əgər nef­tin qiy­mə­ti­nin ucuz­laş­ma­sı da­vam edər­sə, ba­zar­da da qiy­mət­lər aşa­ğı dü­şə­cək. Nə­ti­cə­də döv­lət büd­cə­si la­yi­hə­sin­də nə­zər­də tu­tu­lan inf­rast­ruk­tur la­yi­hə­lə­rinin də də­yə­ri aza­la­caq. Yə­ni ti­kin­ti iş­lə­ri­nin apa­rıl­ma­sı üçün alı­na­caq ava­dan­lıq­lar və tex­no­lo­gi­ya­lar ucuz­la­şa­caq. Bu da hə­min la­yi­hə­lə­rin büd­cə­lə­rin­də azal­ma ilə mü­şa­hi­də edi­lə­cək.

H.Ə­sə­dov bil­dirir ki, nef­tin ucuz­laş­ma­sının büd­cə­nin ic­ra­sı­na prob­lem ya­rat­ma­ya­ca­ğı­na əsas ya­ra­dan ikin­ci sə­bəb gə­lən ilin büd­cə­sin­də gə­lir­lə­rin for­ma­laş­dı­rı­la­ca­ğı sa­hə­lə­rin neft­dən ası­lı ol­ma­ma­sı­dır. Yə­ni ver­gi­lər, özəl­ləş­dir­mə­dən gə­lən gə­lir­lər, göm­rük rü­sum­la­rı əv­vəl­cə­dən nə­zər­də tu­tul­du­ğu qay­da­da top­la­na­caq. On­la­rın həc­mi­nə nef­tin qiy­mə­ti heç bir tə­sir et­mə­yə­cək. Di­gər və­sait­lər isə xey­li eh­ti­yat­la­rı olan Döv­lət Neft Fon­dun­dan ay­rı­la­caq.

Daha bir səbəb kimi cənab Ə­sə­dov büd­cə xərc­lə­ri­nin heç vaxt 100 faiz ic­ra olun­ma­ma­sı­nı gös­təri­b. O deyir ki, hər il ən yax­şı hal­da büd­cə xərc­lə­ri 98 faiz ic­ra edilə bilir. 2008-­ci ilin döv­lət büd­cə­sin­dən də mi­ni­mum 300-500 mil­yon ma­nat xə­zi­nə qa­lı­ğı qa­la­caq. Bu qa­lıq gə­lən ilin büd­cə gə­lir­lə­ri­nə əla­və olu­nar­sa, üs­tə­lik, gə­lən ilin də xə­zi­nə qa­lı­ğı nə­zə­rə alı­nar­sa, hö­ku­mə­tin əlin­də xey­li və­sait ola­caq. Bütün bunlar nef­tin ucuz­laş­ma­sının büd­cə­nin real­laş­ma­sı­na mənfi təsir etməsinə imkan verməyəcək.

He­sab­la­ma Pa­la­ta­sı­nın səd­rinin fikrincə, hətta əgər nef­tin qiy­mə­ti kəs­kin ucuz­laşarsa, hö­ku­mət ilin so­nun­da investisiya layihələrinə vəsait ödəmələrinə yenidən baxa bilər. Çünki bu proses birdəfəlik yox, il boyu dörd mərhələdə həyata keçirilir. Bu da haqqında danışılan ziyanın qarşısını alar. Bir söz­lə, gə­lən ilin döv­lət büd­cə­sin­də nef­tin 1 ba­re­li­nin 70 dol­lar­dan gö­tü­rül­mə­sindən heç kim narahat olmasın.

Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri Ziyad Səmədzadə də hesab edir ki, hətta neftin 1 barelinin qiyməti dünya bazarında 45 dollar olsa da, nəzərdə tutulan investisiya layihələrini xətər gözləmir.

Deputat Pənah Hüseyn isə deyir ki, əgər belə arxayınçılıq varsa, onda niyə büdcə zərfinə bu və növbəti il üçün nəzərdə tutulan investisiya layihələrinin proqramını özündə əks etdirən sənəd əlavə olunmayıb. O ki qaldı dünyadakı iqtisadi böhrana, onun Azərbaycana ciddi təsir etməyəcəyini düşünənlər yanılırlar:

«İqtisadi böhran barədə optimist danışmağa ehtiyac yoxdur. Təsir etmirsə, onda deyək ki, niyə «Mərdəkan broyler» bağlandı. Neft, maşınqayırma sahəsində işçilərin sayı iki dəfə azaldıldı və sair. Bu, çox ciddi məsələdir».

İqtisadçı ekspert Vüqar Bayramov isə deyir ki, neftin qiymətinin aşağı düşməsi tendensiyası ilə dünya bazarlarında digər qiymətlərin enməsi səviyyəsi eyni deyil. Belə ki, əgər iyun ayında neftin qiyməti 2,6 faiz aşağı düşübsə, həmin ay digər qiymətlər barədə bunu demək mümkün deyil. Ona görə də 2009-cu ilin büdcəsində neftin qiymətinin 70 dollar götürülməsi kifayət qədər risklidir.

V.Bayramov deyir ki, dövlət büdcəsinin neft sektorundan asılı olmadığını deyənlərlə də razılaşmaq olmaz. 2008-ci ilin dövlət büdcəsinin 70 faizini neft sektoru verib. Büdcənin formalaşmasında hökumət əsas vasitə kimi Dövlət Neft Fondunun gəlirlərini götürsə, onda büdcənin gəlirlər hissəsinin qeyri-neft sektorunun hesabına kompensasiya ediləcəyi iddiası anlaşılan deyil.

Dövlət Statistika Komitəsinin və Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərdən də aydın görünür ki, büdcənin formalaşmasında əsas neft sektorudur. O ki qaldı kəsirləri kompensasiya etmək yollarından biri kimi Hesablama Palatası sədrinin büdcənin bu ilki qalığı ilə gələn ilki qalığını göstərməsi, bu, artıq ciddi rəqəmlər deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG