Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:26

Yeni nazir açıqlama verdi


Nazirlər Kabinetinin binası, 21 iyul 2006
Nazirlər Kabinetinin binası, 21 iyul 2006
«Sahibkarlara Kömək Milli Fondunun fəaliyyətindəki nöqsanlar aradan qaldırılacaq. Fondun həyata keçirdiyi layihələr real və effektli olmalıdır. Bu layihələr üzrə verilən kreditlərin şəffaflığı təmin edilməlidir».
Bunu noyabrın 6-da İqtisadi İnkişaf naziri Şahin Mustafayev deyib. Nazir bildirir ki, sahibkarlara verilən kreditlər regionların inkişafı proqramının həyata keçirilməsinə yönəlməlidir: «İqtisadi İnkişaf Nazirliyinin (İİN) əsas məqsədi sahibkarların işində əsassız yoxlamalar aparmaq yox, onların inkişafına yardım etməkdir. Bu sahədə qanun pozuntuları qısa müddətə aradan qaldırılacaq».

Nazir daha sonra deyib: «Ölkə prezidenti İİN-nin nəzdində fəaliyyət göstərən bəzi qurumların fəaliyyətindən narazıdır. Həmin qurumların rəhbərləri artıq tutduğu vəzifələrdən azad olunublar».

Şahin Mustafayevin sözlərinə görə, nazirlik üzünü sahibkarlara çevirib onlara əməli yardım etməlidir. Bu vaxta kimi nazirlik aparatının strukturlarına daxili nəzarət qurumu olmayıb. O, bildirib ki, qısa müddətə belə bir qurum yaradılacaq.

Bu vaxta kimi Vergilər nazirinin I müavini işləyən Şahin Mustafayev ötən həftə prezidentin sərəncamı ilə İqtisadi inkişaf naziri postunda Heydər Babayevi əvəzləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG