Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:10

Azərbaycanın ikitərəfli enerji oyunu


Qara və Xəzər dənizləri arasında strateji ərazidə yerləşən Azərbaycan bir qayda olaraq orta mövqe tutmağa çalışıb

Qara və Xəzər dənizləri arasında strateji ərazidə yerləşən Azərbaycan bir qayda olaraq orta mövqe tutmağa çalışıb

Çelestine Bohlen
(Azərbaycandan məktub)

Azərbaycanın paytaxtı Bakıda tikinti bumudur: uca binalar və yüksək qaldırıcı kranlarla dolu Xəzərın bu liman-şəhərində bahalı dükanlar və maşınlar saya gəlmir.

Neft gəlirləri ölkənin iqtisadi inkişaf göstəricilərini xeyli artırıb və hətta neft qiymətlərinin düşməsi Azərbaycanın enerji resurslarının əhəmiyyətinə kölgə sala bilməyib.

Buna misal olaraq, Azərbaycanın qaz ehtiyyatlarını almaq uğrunda Rusiya ilə Avropa arasında gedən gərgin mübarizəni göstərmək olar. Qaz yataqları layihərənin planlaşdırma mərhələsindən ikinci – istismar mərhələsinə kecməsi ilə Azərbaycanın qaz istehsalının azından iki dəfə artacağı gözlənilir.

Rusiyanın Gürcustana hərbi müdaxiləsi nəticəsində Qərb və Rusiya arasında yaranan gərginlik həm də keçmiş sovet respublikalarının bu tərəflər arasında balanslı siyasət aparmaq bacarığını imatahana çəkdi.

Bakıdakı Azərbaycan Diplomatik akademiyasının proqram direktoru Fariz İsmayızadə deyir: “Həmişə olduğu kimi, Azərbaycan bütün tərəflərlə ortaq məxrəcə gəlməyə cəhd göstərir”.

Son iki ayda həm Rusiya, həm də avropalılarla eyni tərəfdə çıxış edən Birləşmiş Ştatlar əsasən müsəlmanların yaşadığı 8,5 milyonluq bu ölkəyə olan diqqəti daha da artırıblar. Qaz satmaqla yanaşı Azərbaycan istəyir ki, enerji ehtiyyatlarına olan beynəlxalq maraqları 1994-cü ildə qanlı etnik müharibə nəticəsində ermənilərin ışğal etdiyi separatçı Dağlıq Qarabağ münaqışəsinin həllinə yönəltsin.

Noyabrın 2-də bu məsələdə müəyyən nəticə əldə olundu və tərəflər münaqişənin Rusiya, ABŞ və Fransanın vasitəçiliyi altında danışıqlar yolu ilə həllinə razılaşdılar. Razılaşma kəmərlər vasitəsilə Azərbaycan neftinin ixracına maneçilik törədən Gürcüstan müharibəsnin Cənubi Qafqazda yaratdığı gərginliyi qismən zəiflətdi.

“Bizim qonşuluğumuzda baş verən hadisələr bizi narahat etməyə bilməz”, - bunu prezident İlham Əliyevin xarici işlər şöbəsinin rəhbəri Novruz Məmmədov deyir.

Qara və Xəzər dənizləri arasında strateji ərazidə yerləşən Azərbaycan bir qayda olaraq orta mövqe tutmağa çalışıb. 1991-ci ildə müstəqillik qazananan Azərbaycan bir tərəfdən Rusiyadan keçən və hələ Sovet vaxtlarında tikilən neft kəmərlərindən olan asılılığını azaltmağa, digər tərəfdən isə özünün ən böyük ticarət partnyoru olan və 2 milyon azərbaycanlının yaşadığı Rusiya ilə qonşuluq münasibətləri qurmağa can atıb.

Azərbaycan Xarici İşlər nazirinin sözçüsü Xəzər İbrahim deyir: “Bizim istər Rusiya, istərsə də ABŞ ilə strateji əməkdaşlığımız var və mən burada bir ziddiyət görmürəm”.

Sentyabrda Bakiya gələn vise-prezident Dik Ceynidən bir ay sonra ABŞ Dövlət katibinin müavini Con Neqropontinin də buraya səfəri oldu. Bu səfərlər arasında isə Rusiya prezidenti Dmitri Medvedyev 46 yaşlı Əliyevi bir günlüyə Moskvaya dəvət etdi. Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Andris Piebalgs da bu ay Bakıya gəlir.

Əsas müzakirələr mövzusundan biri də Şah Dəniz - 2 qaz yatağı ətrafındadır. Bu yatağın azından 9 milyard kub metr qaz ehtiyyatına malik olması təxmin edilir və layihənin ilkin mərhələsində istehsal olunan qaz artıq qismən ölkənin daxilində, qismən də Gürcüstana və Türkiyəyə satılıb.

İkinci mərhələdə istehsal olunan qazı Rusiyanın qaz ixracını inhisarda saxlayan Qazprom şirkəti uzunmüddətli kontraktlar əsasında satın almaq istəyir.

ABŞ və Avropa isə Nabucco qaz kəməri tikməklə 8 milyard dollarlıq qazın Avropaya ixrac olunmasına və beləliklə də Rusiya qazından olan asılılığını azaltmağa çalışır.

2006-cı ilin yanvarında qazın qiymətinə görə Rusiya ilə Ukrayna arasında yaranan çəkişmələr Avropaya ixrac olunan rus qazının təhcizatında əngəllər yaratdı. O zamandan qaz təminatının 25 faizini Rusiya qazı hesabına həyata keçirən Avropa Birliyinin işinin ən vacib istiqamətlərindən biri də yeni enerji mənbələrinin axtarışı və təhcizat şəbəkələrinin genişləndirilməsi məsələsi oldu.

Azərbaycan hələ ki, Şah Dəniz –2 yatağınını istismarının nə vaxt genişləndiriləcəyi haqda qərar verməyib və Avropadan təklif daxil olmasını gözləyir. Azərbaycan gözləyir ki, kimdən daha əlverişli təklif səslənəcək. Məmmədov deyir:

“Biz hələlik ruslara yox demişik. Avropalılara da demişik ki, biz neft, qaz satışı, onların nəql olunması məsələrində əməkdaşlıq etməyə hazırıq. Amma məsələ burasındadır ki, biz onlara lazımiq, onlar bizə yox”.

Qərb və Şərq arasında balans siyasəti aparmaqla Əliyev atasının yolu ilə gedir. Prezidentlik ona 2003-cü ildə atasından miras qaldı. Keçmiş DTK generalı Heydər Əliyev Rusiyadan yan kecməklə Avropaya aparan neft kəmərinin tikilməsində aparıcı rol oynadı. 4 milyard dollara başa gələn bu neft kəməri 2005-ci ildən başlayaraq Azərbaycan neftini Xəzər hövzəsindən Gürcüstan və Türkiyədən keçməklə Araıq dənizi sahilinə nəql edir.

Avropanın 2-ci böyük neft şırkəti sayılan BP tərəfindən idarə olunan bu neft kəməri gündəlik olaraq 1 milyon barrel neft ixrac edir – başqa sözlə dünya üzrə neft satışınını 1 faizi.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə Azərbaycanın Milli Daxili Məhsulu bu il 53.2 milyard dollara cata bilər. Müqayisə üçün, 2004-cü ildə bu göstərici 8.6 milyard dollar həcmində olub.

2009-cu ildə dünyadakı iqtisadi böharnın nəticəsi kimi xam neftə olan tələbətın azalması səbəbindən neft gəlirlərinin azalması gözlənilir. Neftin qiyməti də 56 faiz aşağı düşüb, qiymət bu ilin iyul ayının 11-də rekord sayılan bir barrelə görə 147.27 dolalrdan, noyabrın 3-də 65 dollara düşüb.

Hazırda Bakıda hər addımda neft gəlirlərinin əlamətini görmək olur. Bakının qədim hissəsində müasir maliyyə maqnatlarının villaları 19-cu əsr üslübunda yenidən tikilir.Neft tarixən Bakının taleyində həlledici rol oynayıb. Hələ 14-cü əsrdə Marko Polo buradakı neft fontanlarından yazırdı. Bakının zəngin neft yataqları 18-ci əsrdən başlayaraq böyük qazanc arzusunda olan avropalıları bura cəlb edirdi. Onların arasında Rotşild və Nobel kimi məşhur adlara da rast gəlmək olar.

Munaqışələrin hələ də alovlandığı bu ərazidə enerji biznesinin aşkar qayğıları da var. Avqustun 5-də BP-nin əməliyyatında olan neft kəmərinin Türkiyə ərazisindən keçən hissəsində partlayış baş verdi. Partlayışın kürd terroçuları tərəfindən törədildiyi ehtimal edilir. Bundan sonra Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya uğrunda gedən 5 günlük müharibə nəticəsində daha iki kəmər bağlandı.

Azərbaycan enerji resurslarından özünün “donmuş münaqişə”sinə, Dağlıq Qarabağ probleminə son qoymaq üçün bir vasitə kimi istifadə etməyə cəhd göstərib. Bu münaqışə nəticəsində Azərbaycan ərazisinin 20 faizini itirib.

Noyabrın 2-də Medvedyevin vasitəçiliyi ilə Moskvada Ermənistan prezidenti Serj Sərkisyanla görüşən Əliyev münaqişə ətrafında razılığa gəldi. Bu hadisə Rusiyanın vasitəçilik niyyətinə dəlalət edir.


“Biz bir yol tapıb regonda dincliyə və sabitlıyə nail olmalıyıq” – Bunu Xəzər İbrahim deyir.

Məqalə “İnternational Herald Tribune” qəzetinin 5 noyabr tarixli sayında dərc olunub.

Şərhləri göstər

XS
SM
MD
LG