Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:33

«Hələ də ümid edirəm ki, Azərbaycan bu yolu getməyəcək»


«Mən MTRŞ-nın ilin sonuna qədər xarici radioların tezliklərinin geri alınacağı barədə bəyanatından narahatam»
«Mən MTRŞ-nın ilin sonuna qədər xarici radioların tezliklərinin geri alınacağı barədə bəyanatından narahatam»
Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycanda xarici radioların yayıldığı tezliklərin geri alınacağı barədə xəbərlərdən narahat olduğunu deyir. O, «Azadlıq» radiosuna verdiyi müsahibədə hələ də hökumətin bu yolu getməyəcəyinə ümid etdiyini bildirib:

«Mən MTRŞ-nın ilin sonuna qədər xarici radioların tezliklərinin geri alınacağı barədə bəyanatından narahatam. Hələ də bəzi aydın olmayan məqamlar var. Amma mən ümid edirəm ki, Azərbaycan bu yolla getməyəcək. Biz Azərbaycan hökumətilə işləyirik ki, ölkə mediasındakı müxtəliflik mümkün qədər etibarlı təmin edilsin.

Mən onu da deməliyəm ki, Azərbaycanda medianın vəziyyəti məsələsi bizim gündəlikdə ön sırada dayanır. Və biz Azərbaycanda medianın vəziyyətini izləməkdə davam edəcəyik».

Milli Teleradio Şurasının öz planlarını teleradio yayımını Avropa standartlarına uyğunlaşdırmaq zərurəti ilə izah etməsinə gəldikdə, Semnebi bildirir ki, Avropada standartı əksinə, mümkün qədər mediada müxtəlifliyi təmin etməyə yönəlib:

«Məndə olan məlumatlar o qədər ətraflı deyil ki, Avropa ölkələrində tezliklərin istifadə olunması haqqında tam mənzərə yaratsın. Bu məsələdə vacib olan budur ki, medianın ümumi məqsədi olan fikir müxtəlifliyi təmin edilsin. Amma mən Avropa ölkələrində yerli tezliklərdən necə istifadə edildiyini şərh edə biləcək qədər məlumatlı deyiləm».

Milli Teleradio Şurası bildirib ki, gələn ilin yanvarına qədər Azərbaycanda yayılan xarici televiziya və radiolara, o cümlədən «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarına verdikləri tezlikləri geri almağı planlaşdırır. Şuranın sədri bildirib ki, Azərbaycanın tezlikləri yalnız ölkənin öz milli yayımlarına aid olmalı və «teleradio yayımı Avropa standartlarına uyğunlaşdırılmalıdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG