Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:44

Obama ABŞ-ın 44-cü prezidentidir


Barak Hüseyn Obama 1961-ci ildə Havay ştatında anadan olub

Barak Hüseyn Obama 1961-ci ildə Havay ştatında anadan olub

Demokratlar Partiyasının namizədi Barak Obama ABŞ prezidenti seçilib. Noyabrın 4-də keçirilən seçkidə Obama 159 səsə qarşı 338 səslə Respublikaçılar Partiyasının namizədi, Arizona ştatından senator Con Makkeynə qalib gəlib.

Artıq rəqibi, eləcə də indiki prezident Corc Buş Obamanı təbrik ediblər. B.Obama ABŞ-ın sayca 44-cü prezidentidir.

Barak Hüseyn Obama 1961-ci ildə Havay ştatında anadan olub. Atası qaradərili keniyalı müsəlman, anası ağ amerikalıdır. Siyasi fəaliyyətə 1996-cı ildən başlayıb. İxtisasca hüquqşünasdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG