Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:02

«Bakıya Nobel mükafatını gətirmək istərdim»


Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Yunusoğlu
Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Yunusoğlu
Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Yunusoğlu belə deyir. «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan R.Yunusoğlu uzun illərdir ki, Almaniyada yaşayır. 19 yaşında Azərbaycan Neft Kimya İnstitutunu bitirib, təhsilini Drezden Texniki Universitetində davam etdirən müsahibimiz sonralar elə bu şəhərdə də qalıb: «Bakıya tez-tez gəlirəm. Budəfəki səfərimin məqsədi qaynanam, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın yas mərasimi ilə əlaqədar idi. Əslində, mən Bakıda yaşayıb-yaratmaq istərdim. Amma qismət olmadı. Çox istərdim ki, Azərbaycan üçün böyük işlər görüm, ölkəyə Nobel mükafatını gətirim».
Almaniyada gördüyü işlərdən söz açan Rövşən Yunusoğlu Qarabağ problemi ilə bağlı tədbirlər keçirdiklərini, bu haqda ictimaiyyəti məlumatlandırdıqlarını deyir: «Bundan başqa, Azərbaycanın istedadlı insanlarını, dahilərini bütün dünyaya tanıtmağa çalışırıq. Sədri olduğum Dünya Azərbaycanlıları Məclisinin internetdə «Mədəniyyət otağı» fəaliyyət göstərir. 5 ilə yaxındır ki, müzakirələr aparırıq, hər həftə maraqlı söhbətlərimiz olur. Belə müzakirələri davam etdirmək niyyətindəyik».

Dinləyicilərin suallarını cavablandıran Rövşən Yunusoğlu onu da dedi ki, Almaniyaya iş dalınca gələn insanlar «əliboş» qayıtmırlar: «Əgər həmin insan vətəndaşlıq alıbsa və yaxud yaşamaq hüququ qazanıbsa, dövlət ona hər cür dəstək verir. Dili öyrənə, iş tapana qədər hər ay 700 avroya yaxın maddi köməklik edilir».
XS
SM
MD
LG