Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:22

A.Yunus: «Bəyannamə Ermənistana daha çox üstünlük qazandırır»


«Bu bəyannamə danışıqlar prosesinin irəli aparılması üçün müsbət rol oynaya bilər»
«Bu bəyannamə danışıqlar prosesinin irəli aparılması üçün müsbət rol oynaya bilər»

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskvada imzaladığı bəyannamə ölkədə müxtəlif cür qiymətləndirilir. Sənəddə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin razılaşdırılmasına dair işi yüksək səviyyədə davam etdirməklə bağlı razılığa gəliblər. Bəyannamədə bildirilir ki, tərəflər münaqişənin beynəlxalq prinsip və normalar əsasında həllinə çalışırlar.

Politoloq Rasim Musabəyov bu sənədin heç bir əhəmiyyətinin olmadığını deyir:

«Düşünürəm ki, bu bəyannamənin tarix üçün də heç bir əhəmiyyəti olmayacaq. Sənəddə bir çox məsələlər təkrarlanır».

R.Musabəyov deyir ki, sənəddə diqqəti cəlb edən yeganə məsələ hər bir mərhələnin ciddi təminatının tələb olunmasıdır. Bu da onu göstərir ki, söhbət ermənilərin rədd etdiyi mərhələli plandan gedir. Politoloqun dediyinə görə, ermənilər daim bu plandan boyun qaçırıblar, deyiblər ki, qoşunları çıxarsalar, Azərbaycan onlara təhlükə yarada bilər.

R.Musabəyovun fikrincə, bəyannamədəki beynəlxalq təminatların Azərbaycanın suverenliyi ilə nə dərəcədə uyğunlaşması məsələsi müzakirə olunmalıdır.

Politoloq Arif Yunus isə başqa fikirdədir. O deyir ki, indiyə kimi masanın üzərində sənəd yox idi. İndi isə bəyannamə imzalanıb və bu sənəddə məsələnin danışıqlar yolu ilə həlli nəzərdə tutulur, iki cəmiyyət arasındakı etibarsızlığın aradan qaldırılması tələb olunur:

«İki tərəf ilk dəfə olaraq razılığa gəliblər ki, danışıqlar davam etdirilsin. Özü də «Madrid prinsipləri» əsasında. Bu, əlbəttə çox əhəmiyyətli sənəddir».

«Madrid prinsipləri»nin mahiyyətində Dağlıq Qarabağ münaqişəsinin mərhələli yolla həlli nəzərdə tutulur. Burada birinci mərhələdə işğal olunmuş rayonların azad edilməsi, daha sonra isə bu rayonların minalardan təmizlənməsi və müəyyən quruculuq işlərinin aparılması, köçkün düşmüş 700 mindən çox insanın yerlərinə qaytarılması nəzərdə tutulur. Bundan sonra isə Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması və müəyyən yerlərdə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur.

A.Yunus bu sənədin Ermənistana daha çox üstünlük qazandırdığını da deyir: «Onlar bundan sonra rahat yaşaya bilərlər ki, müharibə olmayacaq».

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim isə deyir ki, danışıqlar prosesi uzun müddətdir ki, davam edir və son dörd ildə Praqa prosesi mövcuddur. Bu bəyannamədə məhz son illər aparılan danışıqlar prosesinin maddələri və mahiyyəti öz əksini tapıb:

«Bu bəyannamə danışıqlar prosesinin irəli aparılması üçün müsbət rol oynaya bilər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG