Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:02

«Bu radio bizim gündəlik informasiya mənbəyimizdir»


«Mən də, Beynəlxalq Respublikaçılar İnstitutunun Bakıdakı ofisində işləyən komanda da «Azadlıq» radiosuna qulaq asır. Bu radio bizim gündəlik informasiya mənbəyimizdir. Azərbaycanda nə baş verdiyini öyrənirik»

Bunu Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru Ceyk Cons «Azadlıq» radiosuna deyib.

O bildirib ki, «Azadlıq» radiosunun uzun müddət yayımlanmasını istəyirlər.

«Biz, «Azadlıq» radiosunun veb-səhifəsindən də istifadə edirik. «Azadlıq» radiosu tək bizim üçün yox, həm də xeyli partnyorumuz üçün böyük mənbədir. İndi internetdə, yahoo-qrupda, Facebookda - bütün ölkə üzrə numayiş etdirilən dəstək «Azadlıq» radiosunun nə dərəcədə demokratiyanın üzvi bir hissəsi olduğunu göstərir. Əlbəttə, biz də çoxları kimi radionu dəstəkləyirik». – deyə Ceyk Cons əlavə edib.
XS
SM
MD
LG