Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:14

«Məncə, söhbət tək radiolardan getmir, söhbət həm də mətbuatın azadlığından gedir. Niyə belə kəskin? Çünki media ən problemli sahədir».

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel MTRŞ-ın Azərbaycanda xarici radioların yayımının dayandırılması ilə bağlı bəyanatına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, ölkədə azadlığa qoyulan məhdudiyyətlərdən danışılanda, mətbuat çox həssas məsələyə çevrilir:

«Düzdür, yayımını dayandırmaq istədikləri xarici radiolardır. Amma hökumətin yerli mətbuatla da problemi var. Beynəlxalq təşkilatların qiymətləndirmələrində də deyilir ki, Azərbaycanda mətbuat azadlığı məhdudlaşdırılıb».

AŞ PA həmməruzəçisi «Azadlıq» radiosuna deyir ki, daha uzağa gedib bu radiolara da məhdudiyyət qoymaq səmərəsiz olar:

«Ümid edirik ki, bu məsələyə yenidən baxılacaq, radioları eyni tezlikdə saxlayacaqlar».

Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli 2009-cu ilin yanvarından «Azadlıq», BBC və «Amerikanın səsi» radiolarının Azərbaycanda sərbəst yayımının dayandırılacağını bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG