Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:52

3 min hektardan çox ərazi neftlə çirklənib


1 hektar neftlə çirklənmiş ərazinin təmizlənməsinə 200 min dollara qədər pul xərclənir

1 hektar neftlə çirklənmiş ərazinin təmizlənməsinə 200 min dollara qədər pul xərclənir


Azərbaycanın neftlə çirklənmiş əraziləri 3 min hektardan çoxdur. İndiyə qədər yalnız 200 hektar neftlə çirklənmiş ərazi təmizlənib. Bunu çirklənmiş torpaqların təmizlənməsinə həsr olunan tədbirdə jurnalistlərə Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin rəisi Azər Əliyev deyib. Onun sözlərinə görə, müasir avadanlıqlar Dünya Bankının vəsaitləri hesabına alınsa da, çirklənmiş ərazilərin hamısı Neft Şirkətinin daxili imkanları hesabına təmizlənir.

Bir hektar çirklənmiş əraziyə xərclənən vəsaitə gəlincə, Azər Əliyev bu barədə konkret rəqəm deməyib. Sadəcə, o bildirib ki, digər neft ölkələrində bir hektar neftlə çirklənmiş ərazinin təmizlənməsinə 100 min dollardan 200 min dollara qədər pul xərcləndiyi halda Azərbaycanda eyni işə sərf edilən pul 100 min dollardan azdır.

İdarə rəisi bunu Neft Şirkətinin daxili xərcləri adlandırıb. Onun sözlərinə görə, hansı ki, həmin pullar şirkətin hazırda istismar etdiyi mədən sahələrinin təkrar təmizlənməsinə ayrılan vəsaitlərdir. Yəni həmin çirklənmiş ərazilərin təmizlənməsilə bağlı hansısa ayrıca layihə həyata keçirilmir.

Neftlə çirklənmiş ərazilərdə radiasiyanın həddi təhlükəli olsa da öldürücü deyil. Bu fikirlərisə Neft Şirkəti Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin rəisi Məmməd Nəsibov deyib. Onun sözlərinə görə, ən radasiyalı sahələr lay sularının axdığı ərazilərdədir.

Məmməd Nasibovun sözlərinə görə, vətəndaşlar fərqinə varmadan ərp bağlamış lay trubalarını bağ evlərində istifadə edirlər. Onun sözlərinə görə, həmin trubalar radiasiyalı olduğundan insan həyatı üçün təhlükəlidir. Məmməd Nəsibovun sözlərinə görə, neftlə çirklənmiş ərazilərin əksəriyyətində radiasiya və ağır metallar normadan aşağı olsa da, elə ərazilər də var ki, orda radiasiya normadan xeyli artıqdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG