Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:29

Evin həbsxanasında 4 azərbaycanlı fəal aclıq edir


«Media Forum» xəbər verir ki Tehranın Evin həbsxanasının 209-cu korpusunda saxlanan 4 azərbaycanlı fəal aclıq aksiyası keçirir.
Sentyabrın 10-da Tehranda fəallardan Səyyad Məhəmmədiyanın verdiyi iftar qonaqlığında 20-yə yaxın azərbaycanlı fəalla birlikdə tutularaq ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılan «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, şair Mehdi Nəimi, «Varlıq» jurnalının yazarı Həsən Raşedi və jurnalist Səid Məhəmmədi (Muğanlı) həbsxanada məruz qaldıqları psixi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq bir həftədən çoxdur aclıq aksiyasına başlayıblar.

Yayılan məlumatda, H.Raşedi və Səid Məhəmmədinin (Muğanlı) təngnəfəslikdən əziyyət çəkdikləri vurğulanır.
XS
SM
MD
LG