Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:59

Ukraynada dörd Rusiya telekanalının yayımı dayandırılıb


Ukrayna ərazisində noyabrın 1-dən Rusiyanın dörd telekanalının kabel yayımı dayandırılıb. Kanalların əxlaq, reklam və müəllif hüququ haqqında qanunları pozduqları bildirilir.

Yayımı dayandırılan kanallar ORT, «RTR-Planeta», REN-TV və «TV-Tsent» televiziyalarıdır.

Kiyev dəfələrlə Rusiya kanallarını Ukraynada baş verənləri obyektiv işıqlandırmamaqda ittiham edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Rusiya kanallarının Ukraynada yayım hüququnu müdafiə edəcək. Lavrovun fikrincə, əsl səbəb siyasi deyilsə, problemi həll etmək olar.
XS
SM
MD
LG