Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:11

Yayım Idarəetmə Şurasının Azərbaycanda medianın məhdudlaşdırılması ilə bağlı bəyanatı


Vaşinqton. 31 oktyabr, 2008


Yayım Idarəetmə Şurası (BBG) Azərbaycan hökumətinin beynəlxalq medianın, o cümlədən Azad Avropa/Azadlıq radiosu və Amerikanın səsinin yerli radio yayımının dayandırılması ilə bağlı təklifinə kəskin etirazını bildirir.

“Regionda milyonlarla insan bizim yüksək keyfiyyətli xəbər, informasiya və analizlərimizə etibar edir və biz Azərbaycan hökumətini bu planı yenidən nəzərdən keçirməyə çağiririq”, - deyə BBG İdarə heyətinin üzvü Stiven Simmons bildirib. O əlavə edib ki, bu addım iki il əvvəl özəl yayım qurumlarına olan ciddi təzyiqlərlə başlayan xoşagəlməz tendensiyanın davamıdır və indi də birbaşa beynəlxalq mediayaya qarşı yönəlib.

Oktyabrın 31-də Azərbaycan Televiziya və Radio Şurasının sədri bildirib ki, Azərbaycan hökumətinin nəzarətində olan tezliklərdə efirə gedən xarici media yayımları 2009-cu ildə dayandirilacaq. Məsələ ilə bağlı Birləşmiş Ştatların bütün beynəlxalq yayımlarına nəzarət edən BBG ilə heç bir ilkin məsləhətləşmə aparılmayıb. Hökumət iddia edir ki, qərar Avropa və beynəlxalq standartlara uyğunlaşmaq naminə qəbul edilib.

“Biz hələlik hər hansı rəsmi qərar görməmişik”, - deyə ABŞ səfirliyinin Bakıdakı sözçüsü Terri Devidson Amerikanın səsinin Azərbaycan servisinə bildirib.O əlavə edib: “Amerikanın səsi , Azad Avropa/Azadlıq Radiosu və BBC kimi beynəlxalq yayımların Azərbaycanda ictimai debatların və qarşılıqlı anlaşmanın genişləndirilməsində böyük xidmətləri var”.

Bakıdan yayımlanan Azad Avropa/Azadlıq Radiosunun Azərbaycan xidməti – Azadlıq Radiosu həftədə 67 saatlıq proqram yayımlamaqla dinləyicilərə son xəbərləri və informasiyaları çatdırır, canlı efirdə yerli sosial və siyasi mövzulara həsr olunan rəngarəng və interaktiv verilişlər təqdim edir.

Radionun populyar proqramları arasında gündəlik bir saatliq “Can Bakı” və iki saatliq “İşdən sonra” tolk-şouları var. Bu proqramlar ictimaiyyət arasında korrupsiya, uşaq ölümü, ölkədəki səhiyyənin vəziyyəti və digər mövzular ətrafında qızğın müzakirələr döğurub.

May ayında Bakıda yerləşən tanınmış qadın jurnalistlər təşkilatı Azadlıq Radiosunu “İlin ən uğurlu media təşkilatı” mükafatı ilə təltif edib. (Buradan Azadlıq Radiosunun azərbaycaningilis dillərindəki səhifələrinə daxil ola bilərsiniz)

Amerikanın səsinin Azərbaycanca xidməti beş dəqiqəlik xəbər buraxılışları və yarım saatlıq proqramı ilə FM tezliyində efirə çıxır. Xidmət həmçinin gündəlik olaraq yeddi dəqiqəlik əsas xəbərlərdən ibarət “Nyusfləş” və həftəlik olaraq on beş dəqiqəlik “Amerika İcmalı” televiziya proqramlarini da hazirlayir ki, onlar da Azərbaycan Televiziyasının efirində yayımlanır.

2006-cı ilin noyabrında Azərbaycan hökuməti BBG-nin tərəfdaş sirkəti olan ANS-i bağlamaqla bu şirkətin tezliklərindən istifadə edən Azadlıq Radiosu və Amerikanın səsinin yerli televiziya və radio proqramlarının yayımlarina son qoymuşdu. İndi geri alinmaq təhlükəsi altında olan radio lisenziyası məhz o zaman kompromis təklif kimi irəli sürülmüşdü. O vaxtdan Azadliq radiosu və Amerikanin səsi ölkə içində kifayət qədər böyük auditoriya toplamağa nail olublar.




Yayım Idarəetmə Şurası (BBG) müstəqil federal agentlik olaraq, ABŞ hökumətinin dəstəklədiyi, qeyri-hərbi beynəlxalq yayımlara rəhbərlik edir. Multimedia formasında olan bu yayımların missiyası azadlıq və demokratiyanın təbliği, eləcə də Amerika və dünya barədə dəqiq, obyektiv, balanslaşdırılmış xəbər və informasiyanin çatdırılması ilə qarşılıqlı anlaşmanı artırmaqdır. BBG yayım şirkətlərinə Amerikanın Səsi, Azad Avropa/Azadlıq Radiosu, Yaxın Şərq Yayım Şəbəkələri (Əl Hurra TV və Savva Radiosu), Azad Asiya Radiosu, Kuba Yayım Ofisi (Marti TV və Radiosu) daxildir. BBG yayımları dünya üzrə 175 milyonluq auditoriyanı əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG