Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:41

Nazir müavini Departamentin məruzəsini real saymır


Azərbaycanda traffikinq mövzusu o qədər də aktual deyil. Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində insan alveri qurbanları üçün xüsusi reablitasiya mərkəzi yaradılıb. Gələcəkdə ölkə regionlarında da belə mərkəzlər açılacaq.

V.Eyvazovun dediyinə görə, keçən il Azərbaycanda isnan alverinin 41 qurbanı qeydə alınıb və onlara yardım ayrılıb. Nazir müavini yardımın məbləğinə yenidən baxıla biləcəyini istisna etməyib.

O deyib ki, Azərbaycan həm insan alverinin təyinat və tranzit ölkəsi, həm də mənbəyidir. Azərbaycandan qadınları Türkiyə və Ərəb Əmirliklərinə «ixrac edirlər». Eyni zamanda, Azərabycana Orta Asiya, Ukrayna və Moldovadan traffikinq qurbanlarını gətirirlər.

Vilayət Eyvazovun sözlərinə görə, bununla əlaqədar həbs edilən şəxslərin 90%-dən çoxu qadınlardır.

ABŞ Dövlət Departamentinin Azərbaycanda bu sahədəki vəziyyətlə bağlı məruzəsini şərh edən nazir müavini deyib ki, bu məruzə real vəziyyəti əks etdirmir. O, məruzənin «qeyri-peşəkar informasiya və qeyri-rəsmi məlumatlar» əsasında tərtib edildiyini bildirir. / Turan /
XS
SM
MD
LG