Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Yeni idman portalı yaradıldı


Yeni idman portalı fəaliyyətə başlayıb. «Fanat.az» adlanan saytda əsasən futbol xəbərləri üstünlük təşkil edəcək. Bununla belə, digər maraqlı idman xəbərlərinə də portalda yer ayrılacaq.
Portalın baş redaktoru Əli Sahibin sözlərinə görə, tezliklə idmansevərlər «Fanat.az»da bir çox yeniliklərlə tanış olacaqlar:
«Azərbaycan dilində müstəqil idman saytının olmaması bizi hərəkətə gətirdi. Ümid edirik ki, yeni sayt idmansevərlərin, xüsusən də futbol fanatlarının ürəyincə olacaq. Tezliklə portalda bütün ölkələrdə oynanılan fiutbol oyunlarının nəticələri ilə anındaca tanış olmaq imkanı yaranacaq. Hazırda bu sistemin proqram təminatı üzərində işləyirik. İkinci mərhələdə saytın rus və ingilis dili versiyalarını da yaratmağı nəzərdə tutmuşuq».
/Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG