Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:31

Xarici radiostansiyaların sərbəst yayımı dayandırılır


N.Məhərrəmli deyib ki, MTRŞ-nin yekun qərarı dekabr ayında açıqlanacaq
N.Məhərrəmli deyib ki, MTRŞ-nin yekun qərarı dekabr ayında açıqlanacaq
2009-cu ilin yanvarından Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaların sərbəst yayımı dayandırılacaq. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib:
«2004-cü ildən başlayaraq bildirmişik ki, Azərbaycanın milli tezlikləri yalnız milli yayımlara aid olmalıdır. Bu, dünya praktikasında da belədir. Ona görə də bu məsələdə bizim mövqeyimiz qətidir. Dünya standartlarına görə, xarici televiziya kanalları, radiostansiyalar yalnız peyk, kabel və internet şəbəkələri vasitəsilə yayımlanmalıdır».

Şura sədri deyir ki, eyni qərar Türkiyənin TRT kanalı haqqında da olacaq.

N.Məhərrəmli MTRŞ-ın bu barədə yekun qərarının dekabr ayında çıxarılacağını bildirib.

Azərbaycanda üç xarici radiostansiya yayımlanır - «Amerikanın səsi», «Azadlıq» və BBC.

Amerika səfirliyinin ictimai əlaqələr departamentinin rəhbəri Terri Devidson məsələyə belə münasibət bildirib: «Bizim hələlik rəsmi qərar barədə məlumatımız yoxdur. Biz Azərbaycan hökuməti tərəfindən bunun açıqlanmasını istəyəcəyik. Demokratik cəmiyyətlərin açıq və fərqli mətbuat mühitinə ehtiyacı var. Azərbaycanda – «Azadlıq» radiosu, «Amerikanın səsi» və BBC radiostansiyaları kimi beynəlxalq radiolar ictimai debatlar üçün cəsarətlə töhfə verirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG