Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:00

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov: «Aidiyyatı strukturlar müəyyən edəcəklər ki, hansı partiyaların fəaliyyəti necə olub»


«Bizim Yol»a müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyir ki, «aidiyyatı strukturlar müəyyən edəcəklər ki, hansı partiyaların fəaliyyəti necə olub».

«Siyasi partiyalar haqqında» qanunun dəyişdirilməsi təklifi ilə hələ bir xeyli əvvəldən çıxış etmişik. Bunun üçün zərurət çoxdan yaranıb. Birincisi, bu qanun Konstitusiyamıza uyğunlaşdırılmalıdır. İkincisi, bu qanunda Seçki Məcəlləsi ilə uyğunlaşmayan müddəalar var. Bizim hazırladığımız layihədə siyasi partiyaların fəaliyyəti üçün tələblər öz əksini tapıb».

«Azadlıq»: Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət deyir ki «Hər zaman geniş koalisiya tərəfdarı olmuşam». O, daha sonra bildirib: «Ona görə də düşünürəm ki, bu baxımdan hazırda müxalifət düşərgəsində birliyin yaranmasına maneçiliyin məhz fikir ayrılığından qaynaqlandığının bəyan olunması reallığa uyğun deyil».

«Azərbaycan»: «Ərzaq təhlükəsizliyi iqtisadi siyasətin prioritet istiqamətidir»-, Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun bir səhifəlik məqaləsi belə adlanır. «Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin aqrar sahəsinin inkişafına göstərdiyi dövlət qayğısı ərzaq təminatı proqramının həyata keçirilməsini təmin etməklə, ölkəmizin beynəlxalq səviyyədə layiqli yer tutmasına şərait yaradacaq».

«Yeni Müsavat» yazır ki, Moskva gərgin Qarabağ danışıqlarına başlayır. Qəzet noyabrın 2-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təhlil edib.

«Ekspress»: Prezidentliyə keçmiş namizəd Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev qəzetə müsahibəsində bildirib ki, «radikal müxalifət «siyasi meyit»ə çevrilib». O, fikrini belə əsaslandırır ki, köhnə müxalifət meydana yeni qüvvələrin çıxmasına qısqancılıqla yanaşır.

«Yeni Azərbaycan»: «Ermənistan silahlı qüvvələrində fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 21 faiz artıb, orduda müxtəlif xəstəliklər, əxlaqsızlıq halları, yeyinti faktları geniş vüsət alıb». Qəzetin məqaləsi «Ermənistan ordusu süqutun astanasında» adlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG