Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

«İdeal» qəzetinin baş redaktorunun həbsinə qərar verildi


Nəsimi Rayon Məhkəməsi «İdeal» qəzetinin baş redaktoru Nazim Quliyev barəsində həbs-qətimkan tədbiri seçib. «İdeal» qəzetindən APA-ya verilən məlumata görə, bu barədə qərar oktyabrın 29-da hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub. Lakin N.Quliyev prosesə gəlmədiyindən onun məhkəmə zalında həbs edilməsi mümkün olmayıb.

N.Quliyev barəsində axtarış elan edilib.

N.Quliyevlə bağlı qərar Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Qarabağ müharibəsi veteranı Səbirə Mahmudova və daha bir neçə nəfərin iddiası əsasında çıxarılıb. Onunla bağlı daha bir neçə iddiaya isə gələn həftə baxılacaq. N.Quliyevlə yanaşı, qardaşının baş redaktoru olduğu «Gündəm» qəzeti barədə də məhkəməyə iddialar təqdim olunub.

Nazim Quliyev bundan əvvəl də bir neçə dəfə həbs edilib.
XS
SM
MD
LG