Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59

Daha bir təşkilat Azərbaycanı avtoritar rejim elan etdi


Azərbaycan siyahıda ən sonuncu - avtoritar rejimli dövlətlər qrupunda yerləşdirilib

Azərbaycan siyahıda ən sonuncu - avtoritar rejimli dövlətlər qrupunda yerləşdirilib

«The Economist Intelligence Unit» təşkilatı oktyabrın 30-da dünya ölkələrində demokratiya səviyyəsinin yeni reytinqini açıqlayıb. Dünyanın 167 ölkəsində demokratiyanın vəziyyətini öyrənən təşkilat ölkələri dörd qrup üzrə çeşidləyib: tam demokratik ölkələr, qüsurlu demokratiyalı ölkələr, hibrid rejimli ölkələr və avtoritar rejimli ölkələr.

Azərbaycan siyahıda ən sonuncu - avtoritar rejimli dövlətlər qrupunda yerləşdirilib. Bu qrupda Azərbaycanla yanaşı Çin, Belarus, İran, Sudan və Qatar kimi ölkələr yer alıb.

Azərbaycanın qonşuları olan Türkiyə, Rusiya, Ermənistan və Gürcüstan hibrid rejimli dövlətlər siyahısına aid edilib.

«The Economist Intelligence Unit» dünyanın 60 ölkəsində ofisləri olan araşdırma təşkilatıdır. Qurum ölkələrdə demokratiyanın vəziyyətini 60 müxtəlif göstərici üzrə qiymətləndirdiyini bildirir. Təşkilat əsas göstəricilər kimi ölkədə seçki proseslərinin, plüralizmin, vətəndaş azadlıqlarının, dövlət aparatının işləkliyi, siyasi proseslərdə iştirakın və siyasi mədəniyyətin səviyyəsini götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG