Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

«Bakıda qlobal yol böhranı yaşanır»


Yol Təhlükəsizliyi və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Aydın Xudiyev
Yol Təhlükəsizliyi və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Aydın Xudiyev
Yol qəzalarının səbəbi nədir və bunun qarşısını necə almaq olar?

«Azadlıq» radiosunun «Can Bakı» proqramında bu suala cavab axtarıldı. Verilişin qonağı, Yol Təhlükəsizliyi və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Aydın Xudiyevin fikrincə, Bakıda qlobal yol böhranı yaşanır: «Hər il dünyada 3 milyondan çox insan yol qəzasında həlak olur. Hər 20 saniyədən bir insan, 30-40 saniyədən bir körpə uşaq qəzada dünyasını dəyişir».

Yol qəzalarının qarşısını almaq üçün nə etmək lazımdır? Aydın Xudiyevin fikrincə, bu problemi aradan qaldırmaq üçün Prezidentin İcra Aparatı yanında yol təhlükəsizliyi ilə bağlı müstəqil dövlət şurası yaradılmalıdır: «Bu şuranın geniş səlahiyyətləri olmalıdır. Şura Azərbaycanda beynəlxalq konfrans keçirməlidir. Dünya ölkələri problemlə əlaqədar bizə təklif və məsləhətlər verə bilərlər».
BMT-nin İctimai İnformasiya Departamentinin məsul işçisi Gülşən Paşayeva isə deyir ki, BMT bu məsələ ilə 2004-cü ildən məşğuldur: «BMT-nin Baş Assambleyasında aparılan bir sıra müzakirələr zamanı hökumətlər və onların tərəfdaşları yol təhlükəsizliyi məsələsinə diqqət yetirməyə başladılar. BMT regional komissiyaları ilə sıx əməkdaşlıq edən Ümumdünya Səhiyyə Təşkilatını BMT sistemi çərçivəsində yol təhlükəsizliyi məsələsi üzrə əlaqələndirici bir rol oynamağa dəvət etdi. 2004-cü ilin aprelində əməkdaşlıq qrupu yaradıldı, 3 görüş keçirildi. 42 təşkilat nümayəndəsi, BMT agentlikləri bir araya gəlib, yol təhlükəsizliyi ilə bağlı fəaliyyətə başladılar. Dərsliklər, materiallar hazırlandı, hər il noyabrın 16-nın yol qəzalarında həlak olan insanların xatirə günü kimi elan olunması haqda qərar qəbul olundu».

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə yol təhlükəsizliyi sahəsində qlobal layihə həyata keçirir. Layihənin kordinatoru Rüstəm Talışinski «Can Bakı»ya müsahibəsində deyib ki, bu layihə 53 Avropa Şurası ölkəsində həyata keçirilib: «Biz bu ilin mart ayından layihəyə start vermişik. Yayda birinci mərhələ bitib. Əldə olunan materialları Cenevrəyə Ümumdünya Səhiyyə Təşkilatının baş qərargahına göndərmişik. Materialları analiz edib, bizə problemin həlli ilə bağlı məsləhətlər verəcəklər. Sonra isə layihənin ikinci hissəsinə başlanılacaq».

Buna da bax:

XS
SM
MD
LG