Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:50

«Cərimələr qanunsuz tikintilərin qarşısını ala bilməyəcək»


«Əhalinin qanunsuz tikililərdən çıxarılması ciddi sosial narazılığı səbəb olacaq»

«Əhalinin qanunsuz tikililərdən çıxarılması ciddi sosial narazılığı səbəb olacaq»

«Üç nöqtə»: Milli Məclisin son iclasında İnzibati Xətalar Məcəlləsində cərimə sanksiyalarının miqdarı artırıldı. Məsələyə münasibət bildirən «MBA» kostaltinq şirkətinin prezidenti Nüsrət İbrahimov deyir ki, bundan sonra «vətəndaş qanunsuz tikinti aparanda icra strukturlarının göz yumması üçün verdiyi pulun məbləği artacaq. Bu baxımdan cərimələrin artırılması ancaq tikinti xərclərini artıracaq. Nəticədə əsas ağırlıq yenə də əhalinin üzərinə düşəcək».
Ekspert onu da vurğulayır ki, əgər istək olarsa, bunun qarşısını almaq mümkündür: «Əhalinin ciddi narazılığına səbəb olacaq bu addım böyük səs-küy yarada bilər. Yaxşı olardı ki, vaxtında həmin tikintilərin aparılmasının qarşısı alına idi».

«Bizim Yol» yazır ki, Bakıdakı park və bağların seçkiyə görə çəpərləndiyi təsdiqini tapıb. Qəzetin paytaxt parklarının acınacaqlı durumu haqqında məqaləsi «Zibilliyə dönmüş bağlar» adlanır. «Bakının yeni mənzərəli ilə tanış oxucuya məlumat üçün yazaq ki, çəpər sözünü heç də, cümləyə bəzək kimi işlətməmişik. Parklar hündürlüyü 2 metrdən artıq olan dəmir lövhələrlə əhatələnir, içəri ancaq quş olub uçmaqla düşmək mümkündür».

«Yeni Azərbaycan»: «Ölkənin dinamik inkişafı davamlı xarakter daşıyır»- iqtisadçı ekspert Elbrus Cəfərli belə deyir. Onun fikrincə, «hökumətin bütün strukturlarının birgə preventiv siyasət yürütməsinə başlaması maliyyə sisteminin xarici iqtisadi böhranlara qarşı davamlılığını möhkəmləndirib və təhlükəyə qarşı immuniteti gücləndirir».

«Yeni Müsavat»: «Azərbaycan təhsilin rüsvayçı durumu özünü yazıb-oxumağı bacarmayan əsir əsgərimizin timsalında da göstərdi»-, bunu «XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev deyir. «Bizdə təhsilin məqsədinin nədən ibarət olduğunu hətta təhsil nazirinin çıxışlarından da tuta bilmirik. Nazir əvvəl deyirdi ki, təhsilin əsas məqsədi vətəndaş yetişdirməkdir. Bir müddətdən sonra isə bu məqsəddən imtina edib şəxsiyyətə yönəlik təhsilə keçdiklərini dedi. Bunun isə nə anlama gəldiyi hələlik qeyri-müəyyən olaraq qalır».

Günün bütün mövzuları

XS
SM
MD
LG