Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:05

«Azərbaycan müxalifəti mentaldır…»


«Özünü müxalifətçi hesab edən siyasətçinin səhv etmək şansı yoxdur. Birləşmək labüddür!»
«Özünü müxalifətçi hesab edən siyasətçinin səhv etmək şansı yoxdur. Birləşmək labüddür!»
«Azərbaycan müxalifəti mentaldır və bu mentallığa əsaslanaraq hərəkət etməlidir. Bir qədər proqramlı olmalıdır. Bu proqram isə görünmür. Funksional əməkdaşlığı bayıra atıb, proqram yaradıb birləşməlidir. Tam görmək istədiyim müxalifət budur».

Bunu «Azadlıq» qəzetinin şərhçisi Seymur Həziyev deyir. «İşdən Sonra» proqramında «Azərbaycan müxalifətini necə görmək istərdiniz?» mövzusu müzakirə edilib.
Seymur Həziyev «Azadlıq» radiosunun saytındakı sorğusunun nəticələrini şərh edərkən qeyd edir ki, «müxalifət və hakimiyyətin indiki vəziyyətindən narazılar və etimad göstərməyənlər digərlərindən fərqli olaraq daha böyük təhlükə kəsb edirlər. Onlar radikal təbəqədir». Sorğuda rəyini bildirən istifadəçilərin əksəriyyəti «yeni qurumlar, yeni adlara» üstünlük verdiklərini bildiriblər.

Müxalifətin normal iş görməsinin əsas şərtlərdən biri, Seymur Həziyevin fikrincə, demokratik şəraitdir: «Belə olsa, onda 3%-lik xətti aşa bilməyən siyasətçi siyasətdə qala bilməz. Demokratiya olmayanda – kimisə siyasətdən kənarda qoymaq da mümkün deyil».

Müxalifətin birləşməməyin səbəbini izah edən jurnalist hər şeyə vaxtın gərək olduğunu bildirir: «Özünü müxalifətçi hesab edən siyasətçinin səhv etmək şansı yoxdur. Birləşmək labüddür! Birləşməməyin izahı isə çətindir. Müxalifət nümayəndələri hətta bunu izah da edə bilmirlər. Amma birləşmək - bir taledir. Nə vaxtsa bu baş verəcək».

Buna da bax:

XS
SM
MD
LG