Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:02

«Beşmərtəbə ticarət mərkəzi» bağlanır


«Beşmərtəbə ticarət mərkəzi»

«Beşmərtəbə ticarət mərkəzi»

Bakıda Akademik Milli Dram Teatrı üzbəüz «beşmərtəbə ticarət mərkəzi» kimi tanınan piyada keçidi təmirə dayanır.

Bu haqda «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına Nəqliyyat Nazirliyinin katibliyin rəhbəri Namiq Həsənov məlumat verib. Burada ticarətlə məşğul olanlar obyektlərini noyabrın 3-ə kimi köçürməlidirlər:
«Biz onları Nəqliyyat Nazirliyinə çağırdıq, məsələni müzakirə etdik. Bu iş noyabrın 3-dən o tərəfə qala bilməz. Biz keçidi beynəlxalq standartlara uyğun təmir edəcəyik».

Namiq Həsənov deyir ki, Nəqliyyat Nazirliyi sahibkarlara kompensasiya verməyəcək. Onun sözlərinə görə, bu məsələ ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olmalıdır. Namiq Həsənov deyir ki, tıxacların yaranmasına bir səbəb də keçidlərin təyinatı üzrə istifadə olunmamasıdır.
XS
SM
MD
LG