Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:50

Con Sallivan korrupsiya və bürokratiyadan danışdı


C.Sallivan deyib ki, bu islahatların həyata keçirilməsində Kommersiya Katibliyi Azərbaycana dəstək olacaq
C.Sallivan deyib ki, bu islahatların həyata keçirilməsində Kommersiya Katibliyi Azərbaycana dəstək olacaq
«Azərbaycan hökumətinin bazar islahatlarının keçirilməsində nəzərəçarpacaq nailiyyətləri var. Bu, Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında öz əskini tapıb».
ABŞ-ın Ticarət Departamenti katibinin müavini Con Sallivan oktyabrın 29-da Bakıya səfərinin yekununa dair keçirdiyi mətbuat konfransında belə deyib. O, bununla yanaşı hesab edir ki, xüsusilə korrupsiya ilə mübarizə və bürokratiyanın aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır:
«Həmçinin hüquqi islahatların keçirilməsi, iqtisadi diversifikasiyanın dəstəklənməsi, infrastrukturun və təhsilin möhkəmləndirilməsi də vacib şərtdir».
C.Sallivan deyib ki, bu islahatların həyata keçirilməsində Kommersiya Katibliyi Azərbaycana dəstək olacaq:
«2009-cu ilin ortalarına yaxın Amerika səfirliyinin tərkibində kommersiya məsələləri üzrə müşavir olacaq. Azərbaycanda biznes qurmaqda marağı olan şirkətlərə öz yardımını göstərəcək. Biz inanırıq ki, bu xidmətin açılması nəticəsində iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına nail olacağıq».
Hazırda 100-dən artıq ABŞ şirkətinin Azərbaycanda işləməsinə baxmayaraq, Con Sallivan bildirib ki, gələcəkdə telekommunikasiya, kəndə təsərrüfatı və tikinti layihələrində marağı olan müəssisələr də Azərbaycana gələ bilər.
ABŞ Ticarət Departamenti katibinin müavini bildirib ki, Bakıya səfəri zamanı ölkə rəhbərliyi ilə müxtəlif enerji layihələrini də müzakirə edib:
«Bizim məqsədlərimizdən biri Xəzər hövzəsindən neft-qaz resurslarının müxtəlif yollarla nəql edilməsinə nail olmaqdır. Bizim məqsədimiz Avropanı müxtəlif mənbələrdən gələn qaz və neftlə təmin etməkdir. Əminliklə deyə bilərəm ki, Azərbaycan hökuməti bu fikri bölüşür».
Con Sallivan Bakıya oktyabrın 28-i gəlib. İki günlük səfəri zamanı o, prezident İlham Əliyev, İqtisadi İnkişaf və Maliyyə nazirləri, həmçinin Dövlət Neft Şirkətinin prezidenti ilə görüşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG