Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:09

Con Sallivan: «Azərbaycanda sağlam biznes üçün yaxşı mühit yaradılıb»


Prezident İlham Əliyev oktyabrın 29-da ABŞ-ın Ticarət Departamenti katibinin müavini Con Sallivanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AzərTAc-ın məlumatına görə, görüşdə ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
İ.Əliyev bu səfərin iqtisadi əməkdaşlıq məslələrini müzakirə etmək baxımından yaxşı imkan yaratdığını deyib.
ABŞ-ın Ticarət Departamenti katibinin müavini Con Sallivan isə Dünya Bankının Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarla bağlı hazırladığı hesabata toxunub:
«Sizin həyata keçirdiyiniz proqramlar və siyasət nəticəsində Azərbaycanda sağlam biznes üçün çox yaxşı mühit yaradılıb».
İlham Əliyev isə deyib ki, Azərbaycanda indi əsas diqqət iqtisadi islahatların daha da genişlənməsinə və enerji amilindən asılılığın maksimum dərəcədə azaldılmasına yönəldilib.
XS
SM
MD
LG