Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:18

«Bu xalq Mirzə Cəlili daşa tutan xalqdır...»


«İşdən sonra» verilişinin qonağı yazıçı Əli Əkbər Foto: Kultaz.com

«İşdən sonra» verilişinin qonağı yazıçı Əli Əkbər Foto: Kultaz.com

«Niyə məşhur azərbaycanlılar Azərbaycandan kənarda məşhur olurlar?» «Azadlıq» radiosunun «İşdən sonra» verilişinin bu sualına yazıçı Əli Əkbər belə cavab verib:

«Yalnız imperiya məkanında savadlanmış azərbaycanlı məşhurlaşıb. Məsələn Üzeyir Hacıbəyli. O, Sankt-Peterburqda təhsil almasaydı, bəlkə Üzeyir bəy olmazdı. Qara Qarayev nə dərəcədə Azərbaycan bəstəkarıdır? O, Sovet bəstəkarıdır, imperiyanın yetirməsidir. Eynilə də rəhmətlik Müslim Maqomayev».

Əli Əkbərin daha bir fikri: «İstedad işin nəinki 50%, hətta 10%-i də deyil. Akademik təhsil olmadan, savad olmadan, bu istedad intellektualizmlə yoğurulmadan ortaya heç nə çıxmaz, ortaya meyxanaçı çıxar».

Qonaq problemi iqtidar, hakimiyyətdə axtarmağın tərəfdarı deyil. Əsas problemi Əli Əkbər xalqın özündə görür:

«Bu xalq Mirzə Cəlili daşa tutan xalqdır. Və bu xalqın məntiqində, təfəkküründə, beynində zərrə qədər heç bir dəyişiklik baş verməyib. Bu xalq Mirzə Cəlil çıxar - bu gün də tüpürər üzünə. Hələlik isə heykəl qoyur. Bu genetikadır».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG