Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:35

Maradona Argentina yığmasının baş məşqçisi təyin olundu


Əfsanəvi futbolçu Dieqo Armando Maradona Argentina yığmasının baş məşqçisi təyin olunub.

Maradona baş məşqçi postunda Alfio Bazileni əvəzləyib. Argentina yığması 2010-cu il dünya çempionatının seçmə mərhələsində zəif çıxış etdiyindən assosiasiya onun işindən narazı idi.
Maradona 1960-cı il oktyabrın 30-da anadan olub. Futbol oynamağa «Arxentinios Xuniors» klubunda başlayıb, daha sonra «Boka Xuniors»un formasını geyib. Dahi oyunçu karyerası ərzində İspaniyanın «Barselona», «Sevilya», İtaliyanın «Napoli» komandalarında da top qovub. 1977-94-cü illərdə Argentina yığmasında 91 oyunda 34 qola imza atan Dieoqo 1986-cı ildə dünya çempionu titulunu qazanıb, 1990-cı ildə isə mundialın ikincisi olub.
XS
SM
MD
LG