Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:13

Sevda İsmayıl birinci yerə layiq görülüb


«Azadlıq» radiosunun «Can Bakı» və «İz» proqramlarının aparıcısı Sevda İsmayıl

«Azadlıq» radiosunun «Can Bakı» və «İz» proqramlarının aparıcısı Sevda İsmayıl

«Azadlıq» radiosunun «Can Bakı» və «İz» proqramlarının aparıcısı Sevda İsmayıl Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti və Amerika səfirliyinin media müsabiqəsində birinci yerə layiq görülüb. Mükafatı əməkdaşımıza oktyabrın 28-də ABŞ-ın Azərbaycandakı səfiri Enn Denrs təqdim edib.

Müsabiqə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin «Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar» layihəsi çərçivəsində keçirilib.

Sevda İsmayıl bu mükafata Azərbaycanın ilk kino aktrisası İzzət Orucova və ilk professional musiqi təhsilli bəstəkar Ədilə Hüseynova haqqında hazırladığı radio dastanlara görə layiq görülüb. Qalibə sertifikat və pul mükafatı verilib.
Həmin gün «Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar» kitabının da təqdimatı keçirilib. Kitaba adları daxil edilən qadınların gənc rəssam Günay tərəfindən çəkilən şəkilləri sərgidə nümayiş olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG