Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:18

«Azərbaycanda elmi əsərlərin 50 faizi plagiatdır»


MEA-nın İnsan Hüquqları İnstitutun şöbə müdiri Araz Qurbanov və «Dil və Ədəbiyyat» dərgisinin baş redaktoru Tahir Cəfərli
MEA-nın İnsan Hüquqları İnstitutun şöbə müdiri Araz Qurbanov və «Dil və Ədəbiyyat» dərgisinin baş redaktoru Tahir Cəfərli
Azərbaycanda elmi jurnallar dövlət qayğısından kənarda qalıb. «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı «Dil və Ədəbiyyat» dərgisinin baş redaktoru Tahir Cəfərli belə deyir. O, bildirir ki, son illər respublikada külli miqdarda jurnallar çap olunsa da, elmi jurnalların nəşri diqqət kənarda qalıb.

«Elmi, əsasən də müstəqil jurnallar heç yerdə çap olunmur. Biz istərdik ki, elmi jurnallara dövlət qayğısı olsun. Çünki Azərbaycanın nailiyyətlərini dünyaya tanıdan onun elmidir. Azərbaycan elmi haqqında dünyanın məlumatı çox azdır». Tahir Cəfərlinin sözlərinə görə, Azərbaycan elmini dünyaya hansı dildə yaymaq problemi də ortaya çıxıb: «Yəni elmi jurnallar hansı dildə nəşr olmalıdır? Bilirik ki, bizim dövlət dilimiz Azərbaycan dilidir. Bununla belə, bizim elmi dilimiz də olmalıdır. Bu səpgidən İnternetin bizə böyük köməyi ola bilər».

Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri Araz Qurbanovun fikrincə isə, biz elmin necə təbliğindən çox, elmin kimlər üçün təbliğindən də danışmalıyıq: «Təəssüf ki, bu gün Azərbaycan elminin təbliğində müəyyən tənəzzül var. Təbii ki, bu, kadr potensialının nisbətən geriləməsindən, gənclərdə elmə marağın korporativ xarakter daşımasından da irəli gəlir. Yəni, ilk baxışda populist məqalələr, elmi araşdırmalara rəvac verən müəyyən sahələr üzrə yazılan elmi əsərlərin 50 faizi bir-birindən köçürmədir, plagiatdır».

Tahir Cəfərli son illər yalançı alimlər, yalançı dissertasiyalar, kitabların meydana çıxmasından da söz açdı: «Bu işlə məşğul olan ekspertiza qrupu yaradılmalıdır. Bu qrup belə halları araşdırıb, aşkara çıxarmalıdır».

Buna da bax:

XS
SM
MD
LG