Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 17:19

«Amerika nəhayət Suriyaya cavab verdi»


ABŞ-ın hərbi zərbəsindən sonrakı səhnə
ABŞ-ın hərbi zərbəsindən sonrakı səhnə
ABŞ-ın Suriya ərazisində terror bazasına zərbəsini Dəməşq cinayət və terrorizm adlandırır. «Vaşinqton Post» belə yazır. Ancaq bunu o rejim deyir ki, məhz onun şübhəli fəaliyyəti nəticəsində Livanın bir xeyli siyasətçisi terrorun qurbanı olub. Bu rejimin «Hizbullah»a göndərdiyi qeyri-qanuni silah sonda Livanın demokratik hökumətlərinə qarşı çevrilib.

Qəzet yazır ki, bunu o rejim deyir ki, «əl-Qaidə»nin İraqdakı fəaliyyəti faktiki ondan qaynaqlanır.

5 il 6 aydır ki, İraqa mütəmadi olaraq silah və yaraqlılar, cihadçılar göndərən Suriyaya axır ki, Amerika cavab verdi. Bunu isə «Uol Strit Cornal» yazır. Qəzetin fikrincə, Suriya lideri Bəşər Əsədin guya mövqeyindən dönəcəyi və Amerika ilə əməkdaşlıq edəcəyi ideyası Corc Buşun İraq müharibəsində ən böyük səhvi idi. Buş Suriyaya zərbəni bir az əvvəl endirsə idi, İraq müharibəsi necə olacaqdı, bunu artıq tarixçilər araşdırmalıdır.

ABŞ ordusu təsdiqləyib ki, bazar günü Suriyanın İraqla sərhədində yerli hərbçilərin bazasına hücum olunub. Suriyanın Xarici İşlər naziri Valid Əl Müəllim isə deyir ki, bura adi ferma olub.

Amerika ordusu bildirir ki, ferma deyilən bu baza əslində Suriya hərbçiləri və «əl-Qaidə» ilə əlaqəli qrupların birgə şəbəkəsinə daxildir. Məhz bu yerdən illərdir ki, İraq ərazisinə cihadçılar göndərilir.

Dörd Amerika vertolyotunun bu hücumunu heç bir çərçivəyə sığmayan cinayət, cəngəllik qanunları ilə davranmaq adlandıran Suriya bildirir ki, Dəməşq buna heç bir əsas verməyib. Ancaq «Uol Strit Cornal» yazır ki, hələ amerikalılar Bağdadı tutmazdan əvvəl o vaxtkı Müdafiə naziri Ramsfeld Suriyaya xəbərdarlıq etmişdi ki, Dəməşq Səddam Hüseynə tank əleyhinə silahlar göndərir. Bağdad tutulandan bir gün sonra Buş Suriyaya xəbərdarlıq etdi ki, Dəməşq Səddam Hüseyn tərəfdarlarının sığınacağına çevrilir.

Bu xəbərdarlıqlardan sonra Dəməşq üstəlik İraqa yaraqlı müdaxiləsinin mərkəzinə, o cümlədən maliyyə mərkəzinə çevrildi.

Sual oluna bilər ki, Buş hökuməti bunları görmürdümü?

Suriyanın Amerika ilə bir sıra sahələrdə, o cümlədən kəşfiyyatda əməkdaşlıq etməsi gərginliyi azaldırdı. Ancaq eyni vaxtda Dəməşq beynəlxalq hava limanı Mərakeşdən olan cihadçılardan tutmuş Səudiyyə Ərəbistanından olanlara qədər bütün yaraqlıların İraqa gedən yol qovşağı idi.

ABŞ hökumətində olan sərt xətt tərəfdarları dəfələrlə Suriyaya zərbə endirməyi təklif ediblər. Ancaq məsələn, Mərkəzi Kəşfiyyat İdarəsi bunun əleyhinə çıxıb ki, Suriya kəşfiyyat məlumatlarını bölüşür və əməkdaşlığa gedir.

Amerika ordusunun məlumatına görə, Suriyadan İraqa keçən yaraqlıların sayında pik 2006-cı ildə olub. 2006-cı ildə Suriyadan İraqa ayda 100 cihadçı keçirdi. İraqda törədilən intiharçı hücumların 90 faizini bu cihadçılar törədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG