Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41

İranda Azərbaycan dilində çıxan nəşrlərə qadağa


Sərgidə yalnız fars dili və ədəbiyyatını təbliğ edən və bir sıra dini məzmunlu kitablar sərgilənir

Sərgidə yalnız fars dili və ədəbiyyatını təbliğ edən və bir sıra dini məzmunlu kitablar sərgilənir

İran Azərbaycanın Zəncan şəhərində bir həftədir keçirilən kitab sərgisində azərbaycandilli nəşrlərin sərgilənməsinə qadağa qoyulub. Sərgidə yalnız fars dili və ədəbiyyatını təbliğ edən və bir sıra dini məzmunlu kitablar sərgilənir.
«Media forum» saytının məlumatına görə, islami irşad və mədəniyyət naziri kitab sərgisinə qatılan azərbaycanlı naşirlərə Azərbaycan dilində çıxmış kitab, qəzet və jurnalları sərgiləməmək barədə xəbərdarlıq edib. Əks halda onlar cərimə olunacaq və ya onların sərgidəki pavilyonları bağlanacaq.

Məlumatda vurğulanır ki, Zəncanda Azərbaycan dilində çıxan və geniş oxucu kütləsinin rəğbətini qazanmış «Bayram» jurnalı, eləcə də İranda yaşayan azərbaycanlıların milli və mədəni kimliyi, tarixi barədə yazılar dərc edən «Varlıq» jurnalı və bir sıra tanınmış yazıçı və şairlərin əsərlərinin sərgilənməməsi barədə xüsusi tapşırıq verilib.
XS
SM
MD
LG