Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:33

Burcanadze partiya yaratdı


Saakaşvilinin keçmiş müttəfiqi, parlamentin sabiq spikeri Nino Burcanadze yeni partiya yaratmaq planlarını açıqlayıb. O, Saakaşvili hökumətinin Cənubi Osetiyaya müdaxiləsini səhv adlandırıb. Yeni partiya – Demokratik hərəkat-Vahid Gürcüstan adlanacaq. Burcanadze bildirib ki, yeni partiya Gürcüstanın bütövlüyü, milli dəyərlər və Avroatlantik məkana inteqrasiya ideyalarına əsaslanacaq. Partiyanın təsis konfransı noyabrın 23-də - Qızılgül inqilabının 5-ci ildönümündə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG