Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21

«Qarabağı kim «qaytaracaq»: ABŞ, yoxsa Rusiya?»


«Moskva münaqişənin ədalətli prinsiplərlə həllində maraqlı deyil»

«Moskva münaqişənin ədalətli prinsiplərlə həllində maraqlı deyil»

«Yeni Müsavat» qəzetinin Siyasət şöbəsi Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı analitik məqalə dərc edib. Məqalədə yazılır: «Cənubi Qafqazda, Gürcüstan ətrafında baş verən proseslərdən sonra dünyanın bir-biri ilə çəkişən iki super ölkəsi Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılması və Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri artırıb. Lakin proses hələ ki Rusiyanın diktəsi altındadır və Ermənistan və Azərbaycan prezidentləri arasında növbəti görüş də məhz Kremldə olacaq».
Daha sonra qeyd olunur ki «Rusiyanın bu fəallığı Azərbaycanda haqlı olaraq narahatlıqla qarşılanır, çünki şübhə var ki, Moskva münaqişənin ədalətli prinsiplərlə həllində yox, regionda öz mövqelərini daha da möhkəmləndirmək və hərbi qüvvələrini Azərbaycan ərazilərində sülhməramlı qüvvələr adı altında yerləşdirmək maraqlandırır. Lakin maraqlıdır ki, Rusiyanın son fəallığı Ermənistanda da narahatlıq və şübhələr yaradıb».

«Azadlıq»
: «Məni heç cür susdurmaq olmaz»-, qəzetə müsahibəsində AXCP sədri Əli Kərimli belə deyib: «İstənilən təxribatı, hətta həyatıma qəsd olunmasını belə, bu hakimiyyətdən gözləyirəm. Amma bütün bunların hamısını bildiyim halda, onların heç biri mənim siyasi mövqeyimə, prinsiplərimə təsir göstərmir. Ola bilsin ki, bu qədər absurd ideyaya hakimiyyət ona görə əl atır ki, xalqımız hazırda passivdir və baş verənlərə seyrçi mövqedən yanaşır. Amma bu adamlar bilməlidirlər ki, xalqımız fiziki zorun qarşısında susqun görünsə də, kimin kim olduğunu yaxşı bilir».

«Üç nöqtə»
: Politoloq Zərdüşt Əlizadə prezident seçkilərindən sonra müxalifətin durumunu şərh edərək deyir ki «bu gün müxalifətin mübarizə aparmağa halı yoxdur, onlar qruplara çevrilib və cəmiyyətin həyatına heç cür təsir edə bilmirlər».
«…Etiraf edək ki, cəmiyyətdə hakim qüvvələr qalib gəlib. Dünənə qədər hansısa müstəqil, vətənpərvər rol oynayan insanlar xalqın mənafelərini müdafiə etmək üçün özlərində hünər tapmadı. Onlar daha çox yemək istədikləri üçün məmur təbəqənin qarşısında yalandan da olsa əyilib, qalxırlar. Bunun da adını yeni siyasi mühit, yeni siyasi münasibətlər, konstruktiv mövqe qoyurlar. «Yeni siyasi mühit» ideyası hakimiyyətlə konstruktiv münasibətlər qurmağa çalışan müxalifətin söz oyunbazlığından başqa bir şey deyil və əsasən tamahı pərdələyir».

«Xalq qəzeti»: «Sənsiz dünya boş qaldı…» «Moskovski komsomolets» qəzetinin 27 oktyabr tarixli nömrəsində görkəmli müğənni Müslim Maqomayevə həsr edilmiş yazıda belə deyilir. Qəzet yazır: «Hər bir insanın ölümü həmişə gözlənilməzdir və əgər bu ölüm uzun sürən ağır xəstəliklə əlaqədar deyilsə, o, daha faciəli təsir bağışlayır. Müğənni Müslim Maqomayev vaxtsız vəfat edib. Düzdür, o, səhnəni çoxdan tərk etmişdi, lakin estradanın bütöv bir epoxası məhz onun ölümü ilə birlikdə başa çatdı».
XS
SM
MD
LG