Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02

Məmurların maliyyə əməliyyatları ciddi araşdırılacaq


Vahid Əhmədov: «Pul dövriyyəsi milyonlarla ölçülən sahibkarlara daha artıq diqqət yetirilməlidir»

Vahid Əhmədov: «Pul dövriyyəsi milyonlarla ölçülən sahibkarlara daha artıq diqqət yetirilməlidir»

Azərbaycanda məmurların, xüsusən də dövlət və hökumət başçılarının, siyasi rəhbərlərin, eləcə diplomatların bank hesabları, əsasən də xaricdəki hesabları, apardıqları maliyyə əməliyyatları ciddi şəkildə araşdırılacaq. Yoxlamanı yeni yaradılacaq Maliyyə Monitorinq Qrupu (MMQ) aparacaq. Təbii ki, əgər parlament «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanun layihəsini olduğu kimi qəbul edərsə.
Yeni qanun layihəsi oktyabrın 28-də ikinci oxunuşda parlamentdə müzakirəyə çıxarılmalıdır. Bu haqda deputat Vahid Əhmədov «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına deyib. Onun sözlərinə görə, qanun layihəsində yaradılması nəzərdə tutulan maliyyə monitorinq qrupuna yetərincə böyük səlahiyyətlər veriləcək.

Qanunda həmçinin nəzərdə tutulur ki, 20 min manat məbləğində alış-veriş edən və ya mal dövriyyəsi olan şəxslər haqda dərhal MMQ-yə məlumat ötürülsün, həmin pulun mənbəyi araşdırılsın.

Amma Vahid Əhmədov deyir ki, bu müddəa deputatlarda narahatlıq doğurur: «Bu çox kiçik məbləğdir. Əslində kiçik və orta sahibkarların mal dövriyyəsi təxminən 20 min manat civarındadır. Bu müddəa qanunda qalarsa, istənilən sahibkarın işinə müdaxilələr olacaq. Təklif var ki, orta sahibkarlarla iri sahibkarlar arasında fərq qoyulsun… Pul dövriyyəsi milyonlarla ölçülən sahibkarlara daha artıq diqqət yetirilməlidir. Bu yəqin parlamentdə müzakirə ediləcək. Keçən oxunuşda bununla bağlı verdiyimiz təkliflərimiz nəzərə alınmayıb».

Deputatın sözlərinə görə, qanun ilin sonunadək qəbul edilə bilər. Hökumət və eləcə də xarici maliyyə qurumları sözügedən qanunun qəbulunda maraqlıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG