Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:21

Mətbuat Şurası prezidentə müraciət ünvanlayacaq


«Tezliklə həbsdəki jurnalistlərimizlə bağlı ölkə prezidentinə Mətbuat Şurası (MŞ) adından müraciət ünvanlamağa hazırlaşırıq. Ümidvarıq ki, məktubumuz nəticəsiz qalmayacaq. Belə bir akt növbəti 5 ildə mediadakı müsbət proseslərin davamına, dərinləşməsinə, əsasən də media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərəcək».
Bunu MŞ-ın sədri Əflatun Amaşov KİV üçün açıqlamasında deyib.
Şuranın jurnalistlərin əfvi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət ünvanlamasına gəlincə, Ə.Amaşov deyib ki, MŞ indiyədək bu məsələdə ölkə prezidenti və Əfv Komissiyası istisna olmaqla heç kəsə müraciət etməyib.
«Amma möhtərəm şeyximizin həbsdəki vətəndaşlarımızın, həmçinin jurnalistlərimizin azadlığa çıxmaları ilə bağlı ardıcıl fəaliyyəti göz önündədir və dəyərləndirilməlidir. Buna görə ona minnətdarlığımızı bildiririk», - deyə Amaşov bildirib.
/Turan/
XS
SM
MD
LG